Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:22

Əli Əhmədovun səlahiyyətlərinə xitam verildi


Mərkəzi Seçki Komissiyası Milli Məclisin deputatı Əli Əhmədovun səlahiyyətlərinə xitam verib.

Bu barədə qurumun sözçüsü Azər Sarıyev AzadlıqRadiosuna məlumat verib.

Onun sözlərinə görə, Konstitusiyanın 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda Milli Məclisin üzvlüyündən istefa verməlidir:

“Həm qanunvericilik bunu tələb edirdi, həm də Əli Əhmədov səlahiyyətlərinə xitam verilməsi ilə bağlı MSK-ya ərizə ünvanlamışdı”.

Əli Əhmədov oktyabrın 16-sı keçirilən prezidnet seçkilərindən sonra yenidən formalaşan hökumətdə vəzifə alıb. O, baş nazirin sosial məsələlər üzrə müavini təyin edilib.

Bununla boş olan deputat yerlərinin sayı üçə çatdı:

Bir müddət əvvəl 110 saylı Zaqatala Dairə Seçki Komissiyasından deputat seçilmiş Hikmət Atayev yol qəzasında həlak olub, 33 saylı Xətai İİ Dairə Seçki Komissiyasından seçilmiş Gülər Əhmədova “mandat alveri” qalmaqalına görə istefa verib. Əli Əhmədov 19 saylı Nərimanov Dairə Seçki Komissiyasını təmsil edirdi.

Boş qalan deputat yerlərinə yenidən seçki keçirilib-keçirilməyəcəyi məlum deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG