Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 01:38

Amerikalı teleaparıcı: «İsa Məsih də 85 faiz səs toplaya bilməzdi»


-


Amerikada televiziya şousunun aparıcısı Cenk Uygur Azərbaycanda prezident seçkilərini məsxərəyə qoyub. Bu barədə «Amerikanın səsi» məlumat yayıb.

Məlumatda qeyd olunur ki, «Gənc Türklər» proqramının aparıcısı İlham Əliyevin səsvermədə 85 faiz toplamasını qeyri-mümkün adlandıraraq bunun yalnız saxtakarlıq vasitəsilə həyata keçirilməsinin mümkün olduğunu deyib.

Cenk Uygur əvvəlcə Azərbaycan Mərkəzi Seçki Komissiyasının smartfon applikasiyasında nəticələri bir gün qabaqcadan açıqlaması haqda «Associated Press» agentliyinin məlumatını tamaşaçılarla paylaşıb. Həmin nəticələrdə İlham Əliyevin 73 faizlə rəqiblərini məğlub etdiyi göstərilmişdi.

İlham Əliyev
İlham Əliyev
«HEÇ OLMASA, 57:43 YAZARDIZ»

«Amma seçkilərdən sonra məlum oldu ki, İlham Əliyev əslində 85 faiz səs toplayıb. Onun əsas rəqibi Cəmil Həsənli 6 faizdən az səs əldə edib. Sən 85:6 nisbətində qalib gəlirsənsə, onda səsvermə saxtalaşdırılıb», - deyə teleaparıcı bildirir.

«Hətta İsa Məsih özü də qayıdıb gəlsəydi, 85 faiz toplaya bilməzdi. Bu, mümkün deyil. Aydındır ki, səsvermə saxtalaşdırılıb. Heç olmasa, bunu inandırıcı etmək üçün 57:43 etmək olardı. Lap belə parlaq qələbə istəsəydin, 65:35 yazdırardın», - deyə aparıcı 85 faizin ağlasığmaz rəqəm olduğunu vurğulayıb.

ATƏT-in seçkiləri «qüsurlu» dəyərləndirməsini şərh edən teleaparıcı beynəlxalq qurumun işlətdiyi termini lazım olduğundan xeyli yumşaq adlandırıb.
İlham Əliyev və Barack Obama
İlham Əliyev və Barack Obama

«GÖR YERDƏ QALAN 40 ÖLKƏ NƏ GÜNDƏDİR»

Teleaparıcı amerikalı tamaşaçılara Əliyevlər ailəsinin artıq on illərdir Azərbaycanı idarə etdiyini söyləyib. «Orada Azərbaycanda həqiqi seçki keçirilmir. Ən qiyaməti odur ki, biz (ABŞ) - demokratiyanın qoruyucuları Azərbaycan hökumətini sevirik», - deyə teleaparıcı ABŞ-ın Əliyev hökuməti ilə isti münasibətlərini tənqid edib. Jurnalist buna əsas səbəb kimi Azərbaycan hökumətinin təhlükəsizlik və enerji sahələrində ABŞ-la sıx əməkdaşlığını göstərib və bu üzdən də rəsmi Vaşinqtonun Azərbaycanda seçki saxtakarlıqlarına göz yumduğunu qeyd edib.

«Sən demə, Azərbaycan Korrupsiya İndeksinə görə 183 ölkə arasında 143-cü yeri tutur. İlahi, gör indi yerdə qalan 40 ölkə nə gündədir», - deyə Cenk Uygur fikrini tamamlayıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG