Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:03

Əliyev 3-cü dəfə seçilə bilər, bəs 4-cü dəfə?


İlham Əliyev
İlham Əliyev
-
“Hələ 2500 il əvvəl Efes’li Heraklit demişdi ki, bir çaya iki dəfə girmək mümkün deyil. Eyni məntiqlə demək olar ki, bir nəfər iki dəfə prezident seçilə bilməz. Ancaq Azərbaycan bu misaldan xeyli fərqlənir, belə ki, İlham Əliyev hələ beş il qabaq ikinci dəfə seçilib”.

Bunu AzadlıqRadiosunun təhlilçisi Liz Fuller “Əliyev 3-cü dəfə seçilə bilər, bəs 4-cü dəfə?” başlıqlı yazısında qeyd edir.

DƏYİŞİKLİK İSTƏYƏN 30 YAŞLI NƏSİL

Müəllif son beş il ərzində 2018-ci il prezident seçkisinin taleyini birgə həll edə biləcək altı cərəyanın ortaya çıxdığını vurğulayır. Birincisi, ölkə rəhbərliyi tərəfindən ört-basdır edilən, ancaq sürətlə artan narazılıqdır. Rəhbərliyin quyu qazdığı gənc nəsli ABŞ-ın keçmiş səfiri Matthew Bryza dəyişiklik üçün səbirsiz kimi təsvir edib.

İndi 30 yaşında olan nəsil dəyişiklik üçün daha 5 il gözləyə bilər, ancaq 10, yaxud 15 il gözləyəcəyi mübahisəlidir.

Hazırkı prezidentin 51 yaşı var, nəzəri olaraq 25-30 il də bu vəzifədə qala bilər.

İkinci cərəyan elita daxili parçalanmadır. Bir il bundan əvvəl prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə bağlı mandat satışı videoları yayılsa da, ona qarşı uğurlu cəhd olmadı. İlham Əliyevin onu apreldə Tehrana göndərməsi prezident üçün əvəzolunmazlığının əlaməti idi.

KÜTLƏVİ ETİRAZLAR, SOSİAL MEDİA...

Üçüncü faktor Moskvada “sürgündə potensial rəhbərliyin” peyda olmasıdır. Onlar arasında varlı azərbaycanlı biznesmenlər var.

Dördüncü məsələ korrupsiyaya uğramış yerli məmurlara qarşı kütləvi etirazlardır. 2012-ci ilin martında Quba, 2013-cü ilin yanvarında İsmayıllı etirazları zorakılıq və dağıntılarla nəticələnib.

Beşinci sosial medianın informasiya yayma və narazıları mobilizə etmək sahəsində roludur.

Altıncı faktor iqtisadiyyatın zəifləməsidir. 2012-ci ildə sənaye istehsalı 4 faizədək azalıb.

Ancaq eyni zamanda Əliyevə dəstək bazasının əsas sütunları ayaq üstdədir. Ölkənin karbohidrogen ehtiyatlarından əldə olunan milyardların necə xərclənməsinə kiçik bir qrup nəzarət edir.

HƏRBİ İSLAM FAKTORU

Əsas müxalifət partiyaları parlamentdən çıxarılıb. Rejimə sədaqətinə şübhə olan etnik azlıqlar repressiyaya məruz qalır. Hilal Məmmədov bu yaxınlarda beş illik həbs cəzası alıb. Rəsmi korrupsiyanı açıqlayan jurnalistlər oxşar tale ilə üzləşir.

Beynəlxalq ictimaiyyət ölkədəki mülki və etnik hüquq pozuntularını tənqid etməyə meylli görünmür.

Və nəhayət, bəzi təhlilçilərin gözləntilərinin əksinə olaraq, hərbi islam siyasi qüvvəyə çevrilməyib. Hətta Azərbaycan İslam Partiyası prezidentliyə vahid namizədi dəstəkləyə bilməyib. Üzvlərindən bəziləri müxalifətin vahid namizədi Cəmil Həsənliyə, bəziləri Ədalət partiyasının sədri, Azərbaycanın keçmiş prokuroru İlyas İsmayılovu dəstəkləyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG