Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:55

ABŞ Helsinki Komissiyası: Seçki standartlarından çox uzaq olub


ABŞ senatoru Ben Cardin

ABŞ senatoru Ben Cardin

-
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının (ABŞ Helsinki Komissiyası) sədri, ABŞ senatoru Ben Cardin Azərbaycanda prezident seçkilərinin nəticələrinə dair bəyanat yayıb:
«Prezident seçkisinin keçirilməsi, ATƏT-in müşahidə etdiyi və məlumat verdiyi kimi, özünün beynəlxalq miqyasda tanınmış seçki standartlarından çox uzaq olub. Problemlərin kökü təkcə seçki günü topa ilə bülleten atılması yaxud səssaymadakı pozuntulardan yaranmayıb. Problemlər son ildə aydın görünüb, müxalifət davamlı olaraq qorxudulub, saxlanıb, müstəqil media xəbərləmə işində ciddi məhdudiyyətlərlə üzləşib. Azərbaycan hökuməti aydın şəkildə göstərib o, yalnız demokratik seçkidən keçməkdə maraqlıdır, əsl seçki keçirməkdə deyil. Azərbaycanın demokratik irəliləyişə sadiqliyini nümayiş etdirmək üçün daha bir imkanı qaçırmasını görmək təəssüf doğurur».
Helsinki Komissiyasına ABŞ senatının doqquz, Nümayəndələr Palatasının doqquz üzvü, Dövlət, Müdafiə və Ticarət Departamentlərinin hərəsindən bir üzv daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG