Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:44

Damarını kəsən babanın xatirəsinə... (Şeir)


Aytən Nəsibbəyli
Aytən Nəsibbəyli
-

Aytən Nəsibbəyli


ŞEİRLƏR


***

(Rəşadət Axundovun intihar etmiş babasının xatirəsinə)


Damarlarından axan qan
daş dolu yolumuzda
sel olsun, qoy.
Bir az gözlərimizə sürtək onu,
bir də
rəngiqaçmış vicdanımıza.
Qorxdu, hara qaçdı, gizləndi, bilinməz o.
Tapaq, gətirək, əlbət.
Daha xoş danışaq,
həm də sərt onunla.
Bir də qaçmasın deyə,
yenə kəsilməsin damarlar deyə.
Kəsilən lent qırmızısıdır
bu qan.
Lakin göz açmaq üçündür,
göz boyamaz
o, heç vaxt.
Bir həyata son qoydu,
min həyatı xilas edəcək
o mütləq


“At eynəyi”

I

Dörd divarın yaratdığı məhbəsində
daha xoşbəxtliyi axtarma boşa.
O, masa başında deyil, əlbət.
At
o at eynəyini bir kənara,
bax.
Bax sənə dəyməyən ilan
körpəni sancdı
ilanboğan çağında
Ağuşundan sevgilini aldı.
Və sən
elə sənə dəyməyən ilanla
min yaşayassan
sonsuzadək.
Sonsuzluq, ilan və sən.


“Padşah”

II

Əfsus,
zülmdən yorulmuş xalq
gülüb-əylənir
hər gün
durmadan.
Padşah da oxumayıb nağılı, bişəkk.
Dinlə,
dərhal almasaq almaları
saray bağından biz.
Gülməkdən tələf olacaq bu millət,
şübhəsiz.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG