Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:57
-

Aytən Nəsibbəyli


MÖHÜR

(Ayağını itirən uşağa)


Getmək istədiyi
Yerlər varsa,
Heç nə əngəl deyil
İnsana
Özündən başqa.
Nəsə gərəkməz,
Xəyaldan qeyri,
Ümiddən savayı.
Güc beyindədir,
Bilsəydi hər kəs,
Güclüydü indi,
Möhkəmdi sənin kimi.
Seçilib
Qovulmuşdu o
“Səadət” nağıllarından.
Bax, o nədir deyim sənə.
Xoşbəxtlik möhürdür
Alnımıza vurulan,
Mənə bunu yazdıran,
Sənə bunu oxutduran.
Axtarıb tapmaqmış
İşığı alınlarda
Birləşib yaymaqmış onu
Beyinlərə
Beyinlərə
Zülmətlərə
Beyinlərə.
İşığın zərrəsisən, bilmərrə.
Böyüyəssən
Hər gün.
Bir az daha,
Daha çox.
Amandır, möhür
Əmanətdir.
Qoru sən.
İtməsin qırışlar,
Saçlar arasında.
Qoru sən.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG