Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:05

Suriya bombalanacaq?


Prezident Bashar al-Assad əməliyyatdan sonra əsgərlərə təşəkkür edir

Prezident Bashar al-Assad əməliyyatdan sonra əsgərlərə təşəkkür edir

_
BRİTANİYA ORDUSU HƏRBİ MÜDAXİLƏ PLANLARINI HAZIRLAYIR

Britaniya Silahlı Qüvvələri Suriyaya mümkün zərbə ilə bağlı planlar üzərində işləyirlər. Britaniya Baş naziri David Cameronun sözçüsü deyib ki, avqustun 27-si hərbi müdaxilənin müzakirəyə çıxarılması üçün parlamentin təcili iclasını çağırıb-çağırmamaq haqda qərar verəcəklər.


ABŞ KİMYƏVİ SİLAHDAN İSTİFADƏNİN CƏZASINDAN DANIŞIR

Bazar ertəsi isə ABŞ-ın Dövlət Katibi John Kerry Vaşinqtonda keçirdiyi mətbuat konfransında bildirib ki, Suriyada dinc adamlara qarşı kimyəvi silahdan istifadə edilməsi cəzasız qalmayacaq:

“Prezident Obama boşuna xəbərdarlıq etməmişdi ki, Suriyada beynəlxalq normaların pozulması cəzasız qalmayacaq. Suriyada nə baş verməsindən asılı olmayaraq, insani dəyərlərə inanan bütün dünya ictimaiyyəti bu fikirdədir ki, kimyəvi silahlardan istifadə cəzalandırılmalıdır ki, kimsə bird aha buna cürət etməsin”.

Kerry bildirib ki, ABŞ-ın əlində Suriya qoşunlarının kimyəvi silahdan istifadəsi ilə bağlı dəlillər var və yaxın günlərdə bunu hər kəsə açıqlayacaqlar.


BMT MÜFƏTTİŞLƏRİ DƏLİLLƏR TOPLAYIB

Avqustun 26-sı Suriyadakı BMT müfəttişləri kimyəvi silahdan istifadə haqda iddiaların olduğu Dəməşqin ətraf qəsəbələrinə getməyə çalışıb. Müfəttişlərin maşın karvanı atəşə tutulsa da, onların ciddi dəlillər topladığı bildirilir.


RUSİYA XƏBƏRDARLIQ EDİR

Rusiya Bashar Assad rejiminin kimyəvi silahdan istifadəsinə inanmır və artıq bir neçə dəfə Suriyaya Qərbin müdaxiləsinin ağır nəticələr doğuracağı ilə bağlı xəbərdarlıq edib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Aleksandr Lukashevich bu gün – avqustun 27-də BMT Təhlükəsizlik Şurasının icazəsi olmayan hərbi müdaxiləyə qarşı çıxdıqlarını deyib:

“BMT Təhlükəsizlik Şurasını nəzərə almadan başqa əsassız bəhanələrlə hərbi müdaxilə Suriyanın özü və region üçün, Yaxın Şərq və Şimali Afrika üçün yeni fəlakətlərə gətirib çıxara bilər”.

Bu arada ABŞ Rusiya ilə Suriya böhranı barədə Çərşənbə gününə təyin edilən məsləhətləşmələri təxirə salıb.


SURİYA DA QƏRBİ HƏDƏLƏYİR

Suriyanın Xarici İşlər naziri Walid Muallem isə bildirib ki, hərbi müdaxilə halında bütün imkanlardan istifadə edərək cavab verəcəklər.

BMT Təhlükəsizlik Şurasında Suriyaya hərbi müdaxiləyə veto qoyan ölkələrdən Çin də bəyan edib ki, BMT müfəttişləri qərarını açıqlamayana qədər Qərb dövlətləri nəticə çıxarmaqda tələsməməlidirlər.


KİMYƏVİ SİLAHDAN İSTİFADƏ OLAYI

Suriya müxalifəti avqustun 21-də Dəməşq ətrafında Əsəd qoşunlarının bombardmanı zamanı zarin qazından istifadə olunduğunu və nəticədə çoxu qadın və uşaqlar olan 1300 nəfərin öldüyünü bildirir. Suriyadakı Sərhədsiz Həkimlər təşkilatı isə 355 adamın kimyəvi silahdan zəhərlənmədən ölməsi faktını təsdiqləyir.

Suriya müxalifəti Bashar Assadi, Assad rejimi isə müxlaifətdəki üsyançıları olaylarda ittiham edir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG