Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:12

Suriyada kimyəvi hücumda 1300 adam ölüb [Video]


-
Suriyanın əsas müxalifət qrupu bildirir ki, hökumət qoşunlarının kimyəvi hücumu nəticəsində 1300 adam ölüb. Müxalifət bu hücumun Dəməşq ətrafında baş verdiyini bildirir.

Suriya Milli Koalisiyası İstanbulda keçirdiyi mətbuat konfransında elan edib ki, hücum bu gün səhər saatlarında olub və bu, Suriyadakı vətəndaş müharibəsində dönüş yarada bilər.

Koalisiyanıən üzvü George Sabra deyib: “Bu, terrordan çox, insanları qırmaq idi”.

HƏRBÇİLƏR İNKAR EDİR

Suriya hökuməti və hərbçiləri müxalifətin iddialarını rədd edirlər. Onlar kimyəvi silahdan istifadə olunduğunu inkar edir.

Suriyanın dövlət televiziyası hərbçilərin sözçüsünün çıxışını yayıb: “Suriyanın qanını tökənlərin yalan informasiya kanalları həmişəki kimi yalan danışır ki, Suriya Ordusu Dəməşqin yaxınlığında bu gün kimyəvi silah işlədib. Ordu rəhbərliyi bu məlumatların tamamilə yalan olduğunu bildirir. Bu, bəzi ölkələrin Suriyaya qarşı çirkli informasiya müharibəsinin tərkib hissəsidir”.

İnternetdə isə kimyəvi silahdan ölənlərin videoları yayılıb.

Suriya müxalifətinin müxtəlif qrupları müxtılif sayda qurbandan xəbər verir.

Londonda qərarlaşan İnsan Haqları üzrə Suriya Müşahidəsi qrupu kimyəvi hücumdan onlarla insanın öldüyünü bildirir. Yerli Koordinasiya Şurası ölənlərin yüzlərlə olduğunu xəbər verir.

"KİMYƏVİ SİLAHDAN İSTİFADƏ İMKANI VƏ İSTƏYİ HÖKUMƏTDƏDİR"

İstanbulda Suriya Milli Şurasının sözçüsü Khaled Saleh Reutersə deyib ki, məsuliyyət Bashar Assad hökumətinin üstündədir:

“Bizim üçün aydındır ki, bu kimyəvi silahlar ballistik raketlər üçündür. Yalnız hakim rejimdə bunlardan günahsız insanlara qarşı istifadə imkanları və istəyi var”.

Ərəb Liqasının rəhbəri Nabil Elarabi Suriyada olan kimyəvi silah müfəttişlərini dərhal Şərqi Qoutaya getməyə və yerində vəziyyəti qiymətləndirməyə çağırıb.

BMT müfəttişləri Suriyaya bazar günü gəliblər.

Suriyanın dövlət televiziyası yayılan məlumatları və baş verənləri müfəttişləri öz əsas işlərindən yayındırmaq cəhdi adlandırır.

Avropa Birliyi iddia olunan kimyəvi hücum hadisəsini dərhal araşdırmağa çağırır.

Britaniyanın xarici işlər naziri Hague verdiyi bəyanatda öz hökumətinin yüzlərlə adam ölməsi haqda məlumatlardan narahat olduğunu bildirir. Britaniya Suriya hökumətinin kimyəvi silahdan istifadə etməsi məsələsini BMT Təhlükəsizlik Şurasında qaldıracağını elan edib.

Suriyada 30 aydır ki. Davam edən silahlı qarşıdurmada müxalifət və hakimiyyət kimyəvi silahdan istifadə etməkdə bir-birini günahlandırır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG