Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:38

«Azərbaycan 14 vicdan məhbusu ilə seçki kampaniyasına başlayır»


Amnesty International-ın loqosu

Amnesty International-ın loqosu

-

«Azərbaycanda prezident seçkisi kampaniyası azı 14 vicdan məhbusu ilə başlayır». Amnesty İnternational hüquq müdafiə təşkilatının avqustun 8-də yaydığı bəyanatda belə deyilir. Təşkilat seçkiöncəsi həbs olunan müxalif namizədləri, jurnalistləri, fəalları və hüquq müdafiəçilərini dərhal və qeyd şərtsiz azadlığa buraxmağa çağırıb.

Amnesty İnternational qeyd edir ki, 2003-cü ildən hakimiyyəti atasından miras alan İlham Əliyevin idarəçiliyi dövründə Azərbaycanda insan haqlarının vəziyyəti pisləşib. 2009-cu il konstitusiya dəyişikliyindən sonra o, 3-cü dəfə prezident olmaq istəyir.

DƏMİR BARMAQLIQLAR ARXASINDAKI GƏNCLƏR

Daşqın Məlikov

Daşqın Məlikov

Bəyanatda bildirilir ki, rejim son aylar sosial şəbəkələrdə azad seçkilər və söz azadlığı ilə bağlı çağırışlar edən gəncləri xüsusilə hədəfə alıb.

Amnesty İnternational 22 yaşlı gənc fəal Daşqın Məlikovun 2 il 6 ay azadlıqdan məhrum edilməsinə toxunur. Təşkilat «narkotik maddələri qanunsuz əldə etmə və saxlama» ittihamını gəncin siyasi fəaliyyəti ilə əlaqələndirir və bu ittihamın uydurma olduğuna inanır.

Daşqın Məlikov AXCP Gənclər Komitəsinin üzvüdür. Prezident və hökumət haqqında satirik və tənqidi bloq yazılarının müəllifi olmaqla yanaşı, həm də onlayn aksiyaların təşkilatçılarındandır. O, facebook sosial şəbəkəsində Əliyev ailəsini satira atəşinə tutan Heydər Əliyev səhifəsinin yaradıcılarından biridir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG