Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:08
-
“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov cəzalanıb.
AFFA İntizam Komitəsinin avqustun 6-da keçirilmiş iclasının qərarına görə, avqustun 4-də keçirilmiş XXII Topaz Premyer Liqasının I turunun “İnter” – “Qarabağ” matçının 90-cı dəqiqəsində “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb. Klub 1000 manat cərimə olunub.
Bundan başqa “Neftçi” – AZAL matçının 13 və 36-cı dəqiqələrində “Neftçi” klubunun azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiyinə görə klub 1000 manat cərimə olunub.
“Sumqayıt” – “Xəzər Lənkəran” matçının 64-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiyinə görə klub 1000 manat cərimə olunub.
Xəbəri AFFA-nın mətbuat xidməti yayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG