Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:52

YAP namizədinin sənədlərini MSK-ya təqdim etməyə hazırlaşır


-
Hakim Yeni Azərbaycan Partiyası (YAP) öz namizədi İlham Əliyevin seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi üçün hazırlığa başlayıb. Bu barədə “Trend”ə YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov bildirib.

O deyib ki, bununla bağlı bəzi sənədlər hazırlanır: "Güman edirəm ki, bu gün, uzağı sabah YAP öz namizədinin seçki sənədlərini MSK-ya təqdim edəcək".

Hakim partiya iyunun 7-də keçirdiyi V qurultayında prezident seçkilərində indiki dövlət başçısı, partiyanın sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edib.

Azərbaycan Respublikasının prezidentliyinə namizədlərin irəli sürülməsi prosesi başlanıb.

Seçki Məcəlləsinə görə, prezidentliyə namizədlərin irəli sürülməsini seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları həyata keçirə bilərlər.

MSK prezident seçkilərinin oktyabrın 9-da keçirilməsi barədə qərar verib.
Sonuncu prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG