Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:29

Gənclərin şikayəti təmin edilməyib


Ülvi Həsənli, Kənan Qasımlı, Məcid Mərcanlı

Ülvi Həsənli, Kənan Qasımlı, Məcid Mərcanlı

-
Appeliasiya məhkəməsində Məcid Mərcanlı və Kənan Qasımlının şikayətinə baxılıb. Hakim onların şikayətlərini təmin etməyib. Bu barədə AzadlıqRadiosuna onların vəkili rüstəm Zülfüqarov məlumat verib:
“Birinci instansiya məhkəməsinin qərarından appeliasiya şikayəti vermişdik. Lakin hakim şikayəti təmin etməyib. Əvvəlki qərarı qüvvədə saxlayıb. Obyektiv araşdırmalar aparılmadan hakim qərar verdi. Bunu tam qanunsuz qərar hesab edirəm.”
Iyulun 13-də saxlanılan Kənan Qasımlı, Ülvi Həsənli və Məcid Mərcanlı İnzibati Xətalar Məcəlləsinin 310.1 maddəsi- yəni polisə tabe olmamaqda təqsirli bilinirlər. Səbael Rayon Məhkəməsi onlar barədə 15 sutkalıq inzibati həbs qərarı verib. Gənclər bu qərardan appeliasiya şikayəti vermişdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG