Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:04

Rüstəm İbrahimbəyovun namizədliyi (Mövzu ətrafında bütün yazı, video və audiolar)


Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyov
-


İyulun 2-də Milli Şuranın sessiyasında iştirak edənlərin əksəriyyəti Rüstəm İbrahimbəyovun vahid namizədliyinə səs verib. 1 nəfər bitərəf qalıb. Əleyhinə səs verən olmayıb. Sessiyada çıxış edən Müsavat başqanı İsa Qəmbər bildirib ki, Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınanadək onun prezidentliyə namizədliyi qüvvəsində qalır.

RÜSTƏM İBRAHİMBƏYOV MİLLİ ŞURANIN QƏRARI HAQDA İŞDƏN SONRA PROQRAMINDA DANIŞIR




FƏZAİL AĞAMALI: RÜSTƏM İBRAHİMBƏYOVU İLHAM ƏLİYEVƏ CİDDİ RƏQİB HESAB ETMİRƏM

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı AzadlıqRadiosuna bildirib ki, o, Rüstəm İbrahimbəyovu İlham Əliyevə ciddi rəqib saymır:

Fəzail Ağamalı
Fəzail Ağamalı
«Onun Azərbaycanda heç bir sosial dayağı yoxdur. Hətta Milli Şuranın özündə də İbrahimbəyova birmənalı münasibət yoxdur. Seçki ərəfəsində də ona geniş dəstək verməyəcəklər. Hətta dəstək versələr belə, ciddi sosial dayaqları yoxdur».

Fəzail Ağamalı hesab edir ki, Milli Şura Rusiyanın layihəsidir və 1918-ci ilin Milli Şurası ilə eyniləşdirmək olmaz:

«O Milli Şura dövlət suverenliyini qarşıya məqsəd qoymuşdusa, indiki ölkəni Rusiyadan asılı vəziyyətə salmağa çalışır».

S. NOVRUZOV: MİLLİ ŞURA YAP-IN BİR RAYON TƏŞKİLATINA ALTERNATİV OLA BİLMƏZ

«Milli Şuranın vahid namizədlə və ya ayrı-ayrı siyasi partiya sədrlərinin seçkiyə qatılması Yeni Azərbaycan Partiyası (YAP) üçün heç bir əhəmiyyəti kəsb etmir». Bunu SİA-ya açıqlamasında YAP icra katibinin müavini Siyavuş Novruzov Rüstəm İbrahimbəyovun Milli Şuranın vahid namizədi seçilməsinə münasibət bildirərkən deyib.

Siyavuş Novruzov
Siyavuş Novruzov
Siyavuş Novruzov Milli Şuranın yaxın vaxtlarda parçalanacağını bildirib:

«Milli Şura deyilən qurum YAP-ın bir rayon təşkilatına belə alternativ ola bilməz. Bu təşkilat vahid namizədlə seçkiyə qatıla bilməyəcək. Seçki yaxınlaşdıqca, hər siyasi partiya sədri öz namizədliyini irəli sürəcək. Ümumiyyətlə Milli Şuranın atdığı istənilən addım, onların seçkilərə vahid nazmizədlə qatılıb-qatılmayacağı Yeni Azərbaycan Partiyası üçün heç nə ifadə etmir».

RÜSTƏM İBRAHİMBƏYOV MİLLİ ŞURANIN VAHİD NAMİZƏDİ OLDU

Milli Şurada müzakirə - i

Milli Şurada müzakirələrin təkrarı

Your browser does not support iframes.
Milli Şuranın sessiyasında iştirak edənlərin əksəriyyəti Rüstəm İbrahimbəyovun vahid namizədliyinə səs verib. 1 nəfər bitərəf qalıb. Əleyhinə səs verən olmayıb.

AXCP sədri Əli Kərimli elan edib ki, Rüstəm İbhahimbəyov Milli Şuranın prezidentliyə vahid namizədidir:

«Biz hələ yolun başlanğıcındayıq. Daha səbirlə işləməliyik. Və bütün söz-söhbətlər də artıq yığışdırılmalıdır».

İSA QƏMBƏR: «RÜSTƏM İBRAHİMBƏYOVUN NAMİZƏDLİYİNİN ÜSTÜNLÜYÜ DƏ, RİSKLƏRİ DƏ VAR»

İsa Qəmbər dedi ki, Milli Şura yaranan ərəfədə Müsavat olaraq hesab ediblər ki, vahid namizəd Rüstəm İbrahimbəyovdur:

«Burda dedilər ki, eyforiyaya qapılmayaq. Bununla razıyam. Rüstəm İbrahimbəyovun namizədliyinin bir çox üstünlüyü var. Eyni zamanda risklər də var. Biz bu riskin birini həll elədik. Vahid namizədin öhdəlikləri müəyyənləşib və Rüstəm İbrahimbəyov da son sənədlə tanış olub və onu imzalayıb.

İsa Qəmbər
İsa Qəmbər
İkinci risk, vahid namizədin ölkəyə qayıtması ilə bağlıdır. Ümidvaram ki, biz «100 min meydana yığılsın, mən gəlim», «namizədliyim qeydə alınsın, qayıdım» kimi sözlər eşitməyəcəyik».

İsa Qəmbər deyib ki, vahid namizədin qatılmadığı seçkinin ciddi-siyasi proses kimi qarşılanacağına şübhə edir.

İSA QƏMBƏRİN NAMİZƏDLİYİ QALIR

O, vahid namizədin qeydə alınması ilə bağlı da risklərin olduğunu söyləyib:

«Bu risk hər kəsə aiddir. Çünki ölkədə heç bir qanuna əməl etməyən avtoritar rejim mövcuddur. Amma yolunu tapmalıyıq ki, vahid namizəd üçün belə bir risk olmasın. Çünki vahid namizədin qeydə alınmamağı Milli Şuranın seçkidən kənarda qalması, məqsədinə çata bilməməsi deməkdir».

İsa Qəmbər onu da deyib ki, Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınanadək Müsavat partiyası Məslisinin 4 yanvar tarixli qərarı (İsa Qəmbərin prezidentliyə namizədliyi) qüvvəsində qalır.

VAHİD NAMİZƏDİN ELAN OLUNACAĞI GÖZLƏNİLİR

İyulun 2-də Milli Şuranın prezidentliyə vahid namizədini elan edəcəyi gözlənir. Bu namizədin isə Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun olacağı güman edilir. Bundan öncəki sessiyada Milli Şurada təmsil olunan siyasi partiyaların və üzvlərin əksəriyyəti Rüstəm İbrahimbəyovu vahid namizəd kimi gördüyünü bəyan edib.

Əli Kərimli və Rüstəm İbrahimbəyov İşdən sonra proqramənda (02-07-13)

Milli Şuranın qərarını Əli Kərimli və
Rüstəm İbrahimbəyov şərh edirlər




Milli Şuranın ikinci sessiyasının gündəliyinə çıxarılacaq sənəd 11 bənddən ibarətdir. Sessiyada vahid namizədin elanı ilə yanaşı keçid dövrü və vahid namizədin öhdəlikləri ilə bağlı hazırlanan memorandumun qəbulu da planlaşdırılır.

Memorandumu aparıcı siyasi partiyaların, tanınmış hüquqşünas və gənclər təşkilatlarının nümayəndələrinin daxil olduğu İşçi Qrup hazırlayıb. Qrupa hüquqşünas Ənnağı Hacıbəyli rəhbərlik edir.

Ötən gün Milli Şura memorandum layihəsini müzakirə edərək təsdiqləyib. Sənəddə bu qurumun verəcəyi prezidentliyə namizədin öhdəlikləri əksini tapıb.

Müxalifət partiyalarının, ictimai qurumların, ziyalıların təmsil olunduğu Milli Şura iyunun 7-də təsis edilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG