Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:47

Əli Kərimli: «Müxalifət seçkilərə vahid namizədlə gedir» - [Video]


-
«Müxalifət seçkilərə vahid namizədlə gedir. Milli Şura isə tezliklə bütün xalqın dəstəyinə nail olacaq».

Bunu AXCP sədri Əli Kərimli iyunun 20-də keçirdiyi mətbuat konfransında deyib:

«Milli Şuranın vahid namizədi keçid dövrünün vahid siyasi qüvvəsinə çevriləcək».

«Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyinin qeydə alınmasa və o ölkəyə buraxılmasa, Milli Şuranın ehtiyat namizədi olacaqmı» sualına cavabında AXCP sədri deyib ki, Mili Şuranın vahid namizədinin qeydə alınmaması alternativsiz seçki demək olar.

Əli Kərimli son bir neçə ayda AXCP-nin rayonlarda keçirdiyi 7 konfrans zamanı partiya fəallarına fiziki hücumların olduğunu, əmlaklarının dağıdıldığını xatırladıb. O, deyib ki, baş verənlər şəxsiyyət və mülkiyyət əleyhinə olan cinayətlərdir:

«Hüquq mühafizə orqanları isə bu cinayətlərin qarşısını almır, onları ört-basdır edir. Hakimiyyət cinayətləri araşdırmağa belə cəhd göstərmir».

7 İL QƏRARGAHSIZ

Əli Kərimli bildirib ki, hökumət vaxtaşırı ölkədə bahalı beynəlxalq tədbirlər keçirir. Bunlar əsasən tolerantlıq mövzusunda olur:

«Bütün dünyaya göstərmək istəyirlər ki, Azərbaycanda siyasi mədəniyyət, tolerantlıq, özgəfikirliliyə dözümlülük var. Belə tədbirlərə 100 milyon xərcləyirlər ki, guya ölkənin daha sivil olduğunun təqdimatını keçirsinlər. Digər tərəfdən isə ölkə daxilində siyasi rəqiblərə qarşı uydurma cinayət işləri açırlar, onların cibinə narkotik, evlərinə silah qoydurub tutdururlar. Siyasi rəqiblərin hətta öz evlərində keçirdikləri toplantıları polis zorakılığı ilə dağıdırlar».

Əli Kərimli deyib ki, 7 ildir AXCP-nin mərkəzi qərargahı yoxdur:

«İqtidar hətta ofis kirayələməyə də imkan vermir. Amma Yeni Azərbaycan Partiyası bütün rayonlarda rüşvət və korrupsiya pulları hesabına keçmiş Kommunist Partiyalarının ofislərindən də dəbdəbəli qərargahlar tikdirir».

AXCP sədri siyasi həbslərə toxunub. Ölkədə hazırda 80-dən çox siyasi məhbusun olduğunu, Qurban Məmmədovun 3-cü dəfə siyasi həbsə atıldığını bildirib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG