Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:35

Şah Dəniz Qərarı: Avropaya daha çox qaz


Gunther Oettinger
Gunther Oettinger
-

Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi Avropa Komissiyasının Enerji Məsələləri üzrə Üzvü Günther H. Oettinger-in məqaləsini təqdim edir:

«BU, TARİXİ QƏRARDIR»

Bir neçə gün əvvəl Azərbaycandan çoxdan gözlənilən xəbərləri aldıq: Şah Dəniz 2 qaz-kondensat yatağını istismar edən şirkətlər – Şah Dəniz Konsorsiumu qazı Azərbaycandan Avropaya çatdıran boru kəmərini seçməyi qərara alıb. TAP, Trans-Adriatik Boru Kəməri yataqdan gələn qazın Avropada paylanması üçün boru kəməri olaraq seçilib. Xəzəryanı ölkədən iri həcmdə qazın Avropaya gətirilməsinə işarə etdiyi üçün bu, tarixi bir qərardır. Avropa üçün bu, 2020-ci ilədək ildə 10 milyard kub metr təbii qaz deməkdir.

2009-cu ildə qaz təchizatı ilə bağlı baş vermiş Ukrayna böhranından (və ondan əvvəl 2006-cı ildə baş verən böhrandan) sonra Avropa Birliyi öz qaz təchizatını diversifikasiya etməyə çalışıb. Bu, marşrutların, mənbələrin və tərəfmüqabillərin diversifikasiyası deməkdir. Daha çox tərəfdaşla danışıqlar aparmaq gələcəkdə qaz təchizatının kəsilməməsi və Avropa iqtisadiyyatının rəqabətliliyini saxlamaq üçün zəruri olan qaz təchizatlarının təmin edilməsi baxımından Avropanın şansını artıracaqdır.

«AZƏRBAYCAN BU PROSESDƏ QAPILARI AÇAN TƏRƏFDİR»

Arxiv foto
Arxiv foto
Azərbaycan bu prosesdə qapıları açan tərəfdir. Ancaq Cənub Qaz Dəhlizində bundan başqa AB-ni Türkiyə, Şərqi Aralıq regionu, İraq, Azərbaycan və digər ölkələrlə birləşdirən əsas mənbələr var.

Real strateji nöqteyi-nəzərdən Azərbaycanın prezidenti Əliyev Türkiyə ilə birgə Avropa sərhəddinədək TANAP adlanan və genişlənə bilən iri boru kəmərinin tikilməsi üçün öhdəlik götürüb. Bu kəmər ilkin olaraq qazı «Şah Dəniz 2»dən və nəhayət Azərbaycandakı digər yataqlardan Avropa bazarına çatdıracaq. Bu gün gördüklərimiz sadəcə bir başlanğıcdır. Birinci olaraq TAP-ın tikintisinə və sonradan daha çox qazın daşınmasına dair verilən qərar ondan xəbər verir ki, Avstriyaya marşrut – hazırda Nabucco West hələ də aktualdır. Məsələ bu və ya digər boru kəmərinin olmasında deyil, orta müddətdə onların hər ikisinə ehtiyac var. Bir məsələ dəyişməz qalır: 2020-ci ildə bizim qaza olan ehtiyacımız artacaq, Xəzərin qazı bu ehtiyaca yaxşı bir cavabdır.

«BİZİM ƏSAS PRİORİTET ƏN ZƏİF ÖLKƏLƏRLƏ İŞƏ BAŞLAMAQDIR»

TAP və Nabucco arasında seçimdən daha əhəmiyyətlisi isə Cənub Dəhlizinin açılmasıdır. Səmərəli və funksional daxili enerji bazarı, zəruri infrastruktur və geri axınla qaz Avropa Birliyinə gəldikdən sonra qitənin istənilən yerinə daşına biləcəkdir. Avropa Komissiyası tərəfindən qorunan qarşılıqlı əlaqələr qazın Üzv Dövlətlərə çatdırılmasını təmin edəcək, Rumıniya, Bolqarıstan və Macarıstan kimi ölkələrdə bir və ya bir neçə təchizatçı var. Bu baxımdan Avropa Komissiyası son illərdə çalışıb. Bizim əsas prioritet ən zəif ölkələrlə işə başlamaqdır. Məsələn, Bolqarıstanla bağlı Avropa öz enerji təhlükəsizliyi üçün zəruri olan uzun müddətli strateji qərarların alınmasında hökumətə yardım etmək üçün daha çox işləməlidir.

Serbiya və Bolqarıstan arasında bağlantının qurulması üçün də Komissiya bu iki ölkə ilə işləyir, indi Rumıniya Macarıstan və Bolqarıstana qoşulub. Komissiyanın rəhbərlik etdiyi Şimal-Cənub təşəbbüsü Cənub Qərb və Mərkəzi Avropada daxili bağlantılar şəbəkəsini quracaq bir çox kiçik daxili birləşdirici xətlər yerləşdirib. Ancaq Cənubi Avropaya rəqabətcil qiymətlər gətirmək üçün yenə də çox iş görülməlidir.

İlham Əliyev və Günther H. Oettinger
İlham Əliyev və Günther H. Oettinger
Şərqi Aralıq dənizi regionunda resursların dərindən inkişaf etdirilməsini görmək istəyirəm. Kipr hökumətinin adada Mayeləşdirilmiş Təbii Qaz (MTQ) ixrac mexanizmini inkişaf etdirmək cəhdləri bu təşəbbüsün bir hissəsidir. Bizə Yunanıstandan Ukraynayadək çevik liberallaşdırılmış boru kəməri sistemi lazımdır.

VƏ AZƏRBAYCANIN BU İŞDƏ MARAĞI NƏDİR?

Azərbaycan Avropanın təhlükəsiz variant olduğundan xəbərdardır, əksər hallarda bu, bir çox yerlərdə nəzərə alınmır. Avropa qaydaları sabitdir, gəlirlər daimi və dəyərlidir. Azərbaycan öz gələcəyini Avropaya bağlayır.

Avropa üçün Şah Dəniz Konsorsiumunun qərarı Avropanın enerji təchizatlarının təminatı baxımından əsl sıçrayış oldu. Qlobal enerji bazarlarının mövcud olduğu və ehiyatlar üçün rəqabətin artığı bir dünyada biz Avropanın enerji maraqlarını təşviq etməyə və əsas təchizatçı ölkələrlə dərin tərəfdaşlıqlar qurmağa davam edəcəyik. İnanırıq ki, bizim cəhdlərimiz nəticəsində Avropanın ev təsərrüfatları və iş dairələri enerji təchizatı ilə təmin olunacaq və Avropanın rəqabətliliyi artacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG