Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:39
-
«Şahdəniz-2» konsorsiumu Azərbaycanın qazını Avropaya nəql etməyə iddialı olan «Nabucco West» kəmərini seçməyib. İyunun 26-da «Nabucco West» kəmərinin səhmdarı – Avstriyanın OMV şirkəti belə bir məlumatı açıqlayıb.
TAP vs «Nabucco West»


Elə bu məlumatdan sonra Azərbaycan qazının Avropaya Trans-Adriatik Boru Kəməri (TAP) ilə axacağı xəbərləri yayılıb. Azərbaycan Dövlət Neft Şirkəti və «Şahdəniz» konsorsiumunun operatoru – BP həmin xəbərləri təsdiqləməyib. ARDNŞ rəsmisi «Caspian Barrel»ə müsahibəsində OMV şirkətinin yaydığı məlumatın hüquqi əsasının olmadığını deyib.

BP: «BİZ HƏLƏ QƏRARIMIZI ELAN ETMƏMİŞİK»

Neft şirkətindən AzadlıqRadiosuna deyiblər ki, bu barədə yekun qərar iyunun 28-də Bakıda açıqlanmalıdır.
Tamam Bayatlı

Tamam Bayatlı


«BP-Azərbaycan»ın mətbuat meneceri Tamam Bayatlı da yekun qərarın hələ açıqlanmadığını və əvvəlcədən söylədikləri kimi, ayın sonunda elan ediləcəyini bildirib:

«Biz hələ qərarımızı elan etməmişik. Əvvəldən də demişik ki, qərarımızı ayın sonunda elan edəcəyik və iyunun sonunda bunu bildirəcəyik».

Azərbaycan qazının Avropaya nəqli baxımından hər iki kəmərin müzakirə mövzusu olduğunu vurğulayan ekspertlər «Nabucco West»lə TAP arasında elə bir ciddi fərqin olmadığını söyləyirlər. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban OMV-nin yaydığı məlumata istinad edərək, uzun seçimdən sonra belə bir qərarın elan olunmasını müsbət hal sayır.

TAP-LA AZƏRBAYCAN BAZAR TAPDI, HƏM DƏ...

Məsələ deyildiyi kimidirsə, TAP Azərbaycan və Avropaya nə vəd edir?

İlham Şaban bununla Azərbaycan qazının ixrac bazarının və mümkün coğrafiyanın müəyyənləşdiyini qeyd edir.
İlham Şaban

İlham Şaban


Ekspertin dediyinə görə, bu, həm enerji təhlükəsizliyi baxımından Avropa Birliyinin elan etdiyi çoxşaxəli enerji resursları ilə təminat məsələsinin, həm də rəsmi Brüsselin dəstəklədiyi «Cənub dəhlizi» layihəsinin ilk mərhələsinin reallaşması deməkdir. İlham Şabanın fikrincə, söhbət həm də ondan gedir ki, ilk dəfə olaraq Xəzər hövzəsindən Avropa Birliyinə alternativ mənbədən təbii qaz daxil ola bilər.

İqtisadçı Natiq Cəfərliyə görə, əslində, Avropa üçün TAP-la «Nabucco West»in elə bir fərqi yoxdur. Azərbaycanın TAP-a üstünlük verməsi məlumatına gəlincə, iqtisadçı bunu gözlənilən sayır. Səbəb də odur ki, Azərbaycan bir yandan öz qazına satış bazarı qazanır, digər tərəfdən «Nabucco West» layihəsinə görə Rusiyanın təzyiqlərindən qurtulmuş olur:

«Çox güman, Azərbaycan TAP-ı seçməklə həm də Rusiyanı qıcıqlandırmaq istəməyib. Onsuz da qaz Avropaya gedəcək. Yunanıstanın qazpaylayıcı şirkət səhmlərinin əsas hissəsini Natiq Cəfərli

Natiq Cəfərli

ARDNŞ-in almasını da bunun üstünə gəlsək, qazın həmin ərazidən keçərək İtaliyaya çatdırılması Azərbaycana yaxşı dividentlər gətirə bilər. Yəni, istər Azərbaycan, istərsə Avropa bu layihədən udacaq».

Xatırlatmaq yerinə düşər ki, 2013-cü il fevralın 15-də Afinada Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik (TAP) qaz kəmərinin tikintisinə dair İtaliya, Albaniya və Yunanıstan hökumətləri arasında saziş imzalanıb.

«AVROPA DAHA ŞANSLIDIR»

Amma Natiq Cəfərli bu məsələdə Azərbaycanla müqayisədə Avropanın daha şanslı olduğunu düşünür. Deyir, Avropaya qaz nəqlini nəzərdə tutan kəmərlə bağlı çətinlik onun Türkiyədən keçən hissəsinin maliyyələşdirilməsi ilə bağlı olub. Xərclərin 80 faizini Azərbaycan öz üzərinə götürüb:

«Bu da Avropaya çox sərfəlidir. Başqa məlumatlar var ki, ARDNŞ bu layihəni həyata keçirmək üçün Avropa banklarından kredit götürəcək. Belə çıxır ki, Avropa həm də ARDNŞ-ə borc verməklə pul da qazanacaq».

Avropa Birliyi ölkələrinin qaza illik tələbatı 500 milyard kubmetr civarındadır. Bunun təxminən 70 faizi kənardan idxal olunur.

Avropa Birliyi ölkələrinin qaza illik tələbatı 500 milyard kubmetr civarındadır. Bunun təxminən 70 faizi kənardan idxal olunur.

Avropa Birliyi ölkələrinin qaza illik tələbatı 500 milyard kubmetr civarındadır. Bunun təxminən 70 faizi kənardan idxal olunur. Hesablamalara görə, 10 ilə Avropanın qaza tələbatı daha 100 milyard kubmet arta bilər.

AVROPA BAZARINDA AZƏRBAYCAN QAZININ YERİ

Natiq Cəfərlinin fikrincə, Azərbaycan ən yaxşı halda 2020-ci ildən sonra Avropanın qaza tələbatının 2-3 faizini ödəmək iqtidarında olacaq.

TAP-la, ilkin olaraq, 10 milyard kubmetr «Şahdəniz» qazı Avropa bazarına çıxarıla bilər. Sonra bu həcmin 2 dəfə artırılması mümkündür.

2020-ci ildən sonra Xəzərin Azərbaycan sektorunda ən azı 4-5 qaz-kondensat yatağının işlənib istismara verilməsinin gündəmdə olduğunu bildirən İlham Şaban təkcə TAP-ın bunun öhdəsindən gəlməyəcəyini vurğulayır. Onun fikrincə, Azərbaycanda çalışan şirkətlər 2020-ci ildən sonra Avropaya yeni marşrutlar məsələsinə bir də qayıtmalı olacaqlar.

TAP layihəsinin əsas mənbəyi «Şahdəniz»in ikinci fazasında hasil ediləcək qazdır. Hasilatın 2017-ci ildə başlanacağı gözlənilir. Proqnozlara görə, həmin vaxt Azərbaycanın qaz hasilatı 45 milyard kubmetrə çatacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG