Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:55

Cameron neft və insan haqları arasında


İllüstrasiya fotosu
İllüstrasiya fotosu
Human Rights Watch təşkilatı Qazaxstandakı insan haqlarının vəziyyətindən ciddi narahatlığını bəyan edib. Təşkilat bu ölkəyə rəsmi səfər edən Britaniyanın baş naziri David Cameronu çağırıb ki, Qazaxstan prezidenti Nursltan Nazarbayevlə ilə görüşündə ölkədə insan haqlarının vəziyyətinin getdikcə pisləşdiyini, işgəncə və təqiblərin artmasını onunla müzakirə etsin.

BRİTANİYA BAŞ NAZİRİNİN QAZAXISTANA İLK RƏSMİ SƏFƏRİ

Ölkəsinin dünyadakı iqtidasadi nüfuzunu artırmağa çalışan Cameron neftlə zəngin Qazaxıstana rəsmi səfər etmiş ilk Britaniya baş naziri olacaq.

Britaniya mətbuatı yazır ki, Cameron 2011-ci ildə ziddiyətli seçkilərdən sonra prezident hakimiyyətini uzadan Nazarbayev-lə enerji təhlükəsiliyi və nəqliyyat məsələlərini müzakirə edəcək.

HRW DİREKTORU CAMERONA MƏKTUB YAZIR

Lakin Human Rights Watch beynəlxaqlq insan haqları təşkilatının direktoru David Mepham Britaniya baş nazirinə yazdığı məktubunda onu görüş zamanı insan haqları məsələsini ciddi şəkildə qoymağa çağırır.

O yazır: “Human Rights Watch artıq 15 ildir ki, Qazaxıstanda insan haqlarının pozulıması hallarını sənədləşdirir. Biz orada son illərdə insan haqları ilə bağlı vəziyəyətin ciddi şəkildə pisləşməsindən - işgəncələr, hökumətin tənqidçilərinin məhbəsə atılması, media və ifadə azalığı üzərində sərt nəzarət, dini azadlıqların məhdudlaşdırılması və işçi hüquqlarının pozulması barədə inandırıcı iddialardan son dərəcə narahatıq”.

JANAOZEN QİYAMINDAN SONRA İŞGƏNCƏLƏR

HRW bildirir ki, ötən il Janaozendə baş vermiş qiyamlardan sonra keçirilən məhkəmədə cavabdehlər onlara döyülmələr və boğmalar kimi işgəncələrin verildiyini iddia ediblər.
Bu qiyamlardan sonra hökuməti tənqid edənlərin bir neçəsi həbsxanaya salınıb.

BAŞ NAZİRİN SÖZCÜSÜ REAKSİYA VERİR

Britaniya hökumətinin sözçüsü bildirib ki, “baş nazir xaricə səfər edərkən sıx gündəliyə malik olur və xarici liderlərlə səmimi müzakirələr aparır. Birləşmiş Krallığın insan haqlarından narahat olduğu ölkələrdə bu məsələ bir qayda olaraq qaldırlır”.

Britaniya mətbuatının məlumatları əsasında hazırladı
Zülfüqar Rüfətoğlu (London)

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG