Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:06

Gəncədə özünü yandıran köçkün qızın ailəsi ölkədən getmək haqda düşünür...


Almaz Kərimova

Almaz Kərimova

-
17 ildir Gəncənin Gülüstan qəsəbəsində yaşayan Kəlbəcərdən köçkün düşən Kərimovlar ailəsini ev-eşiklərindən çıxarmaq istəyənlər var. Əvvəla yada salaq ki, bu ilin mart ayında evlərindən polis gücünə çıxarılmağa etiraz edən ailənin 13 yaşlı qızı Almaz Kərimova özünü yandırmışdı. Onda məktəbə gedə bilməyən Almaz 3-cü dərəcəli yanıq xəsarəti alıb.

«POLİSLƏR DƏ ALIŞQANI UZADIB DEYİB Kİ, AL YANDIR GÖRÜM»

Ailə başçısı Şamil Kərimov deyir ki, illərdir 2 otaq tikib yaşadıqları torpaq sahəsini yaxın qohumlarından 13 min dollar pul verib alıblar. Ancaq torpağın müvafiq sənədi yoxdur. İndi onun deməsinə görə, bu 6 sot torpaq sahəsinə Gəncə İnzibati İqtisad Məhkəməsinin sədri Zərbəli Zərbəliyev sahib çıxıb:

«Bizə heç bir xəbərdarlıq olmadan evimizi uçurmağa başladılar. Hara şikayət yazdıqsa xeyri olmadı. Prezidentə müraciət yazmışıq. Nazirlərin qəbulunda olmuşuq. Mart ayının 7-si gəliblər, bizi çıxarmaq istəyiblər, qızımda neft töküb üstünə ki, özümüzü yandıracağıq. Yoldaşımın çığırdığın görəndə qızım həyəcan keçirib, deyib özümü yandıraram. Polislər də alışqanı uzadıb deyib ki, al yandır görüm. O da özünü yandırıb. Plastik əməliyyata ehtiyacı var. İmkanımız yoxdur. İş məhkəməyə verilib, amma baxılmır...».

Həmin hadisə baş verən vaxt Gəncə şəhər Polis İdarəsindən AzadlıqRadiosuna bildirmişdilər ki, Almaz Kərimovanın özünü yandırmağa cəhd etməsində onları günahlandırmağın heç bir əsası yoxdur. Şamil Kərimov

Şamil Kərimov

Ailə həyətdən çıxmaq istəmədiyindən qız bu əmələ əl atıb.

«NƏDİR, REPRESSİYA DÖVRÜDÜR?»

İndi Almazın anası Gülöyşə Kərimova da deyir ki, yazdıqları 600-dən çox məktuba cavab verən yoxdur. Üstəlik, şikayət yazdıqları üçün qapılarını döyən polislər onları hədələyirlər. Gülöyşə Kərimova qeyd edir ki, torpaqlarını əllərindən alsalar və onları bir də yerlərindən köçkün salsalar, ölkəni tərk edib sığınacaq istəyəcəklər:

«Zərbəli Zərbəliyev mənim evimə yol qırağı olduğuna görə, göz dikib. Yanan qızımın yaralarını bankdan pul götürüb müalicə etmişəm. 20 ildir torpaq yolu gözləyirəm. Heydər Əliyev partiyasının üzvüyəm. Köçkünə belə münasibət olanda hansı demokratiyadan danışırlar? Mən Azərbaycanda 6 sot torpaqdan istifadə edə bilmirəmsə, nə vətəndaşam? 600 məktub yazmışam. Niyə bu səsim prezidentə çatmır? Mənim problemimə reaksiya verən olmasa, Ermənistan səfirliyindən sığınacaq istəyəcəyik. Polis bizi hədələyir ki, sizi dama saldırarıq. Gülöyşə Kərimova

Gülöyşə Kərimova

Nədir, repressiya dövrüdür? Məmurlar bizə deyir şikayət etmə. Həm deyir şikayət etmə, həm də hədələyir».

«HAKİM VƏ MƏHKƏMƏNİN EVLƏ TƏMİN OLUNMASI HAQDA» QANUNA ƏSASƏN...

İddiaların hədəfi olan Gəncə İnzibati İqtisad Məhkəməsinin sədri Zərbəli Zərbəliyev isə deyir ki, həmin torpaq sahəsi 2009-cu ildə «Hakim və məhkəmənin evlə təmin olunması haqda» qanuna əsasən ona verilib. Həmin il torpaq hasara alınıb, qapısı qoyulub.Lakin torpaq mübahisəli olduğundan 2012-ci ildə ondan imtina edib. Zərbəli Zərbəliyev deyir ki, hazırda torpağın sənədinin olub-olmaması barədə məlumatı yoxdur.

Kərimovlar ailəsinə isə torpağı kimin sənədləşdirdiyi barədə məlumat verən yoxdur. Yazılı, nə də şifahi müraciətlərinə baxılır. Ailə bir gün yenə qapılarının döyülüb evlərindən çıxarılacaqları qorxusu ilə yaşayırlar.

Şərhləri göstər

XS
SM
MD
LG