Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 23:04

Mən vətən xainiyəm, sevgilim...


Aygül Qurbanova
Aygül Qurbanova
-


Aygül Qurbanova



YENİ ŞEİRLƏR



Sən qızıl gözlü mələksən,
Bütün aldanışların qədər məsum,
Bütün məsumiyyətin qədər günahkar..
Heç mənim olmadın,
Heç sənin olmadım..
Heç bitməyən günahlar kimi
Həyata sadiqəm bu gecə..
Yaşaya bilməyəcəyimiz xəyalları,
Birlikdə keçməyəcək illəri,
əl-ələ qaça bilməyəcəyimiz
çölləri də al və get!
Acımasız deyiləm,
Mənasız bir əyilimdir eşq dediyin,
Çünki 21-ci əsrdəyik
Və dənizə düşən
Yağmur damlalarından fərqli deyilik..
Hər şey bəsitdir artıq,
Hisslərim kapitalizm kimi
Və hər ürəyimə üsyanım
Puçluqla qurtaracaq,
Bir adam seçiləcək sonra,
Qalın bir iplə ruhundan asılacaq.
Bax o mənəm,
Sənin Vətən dediyin ürəyim,
Mən vətən xainiyəm, sevgilim.



***


İntihara təşəbbüs deyil,
Təbəssüm etdim ötən gecə..
İntihar dedikləri böyük günahdır,
Bİr qadın alov mavisi saçları olan..
Dalğalar kimi dalğalanan ruhum,
Təşəbbüs deyil, təbəssüm edərkən
Gördü ucsuz bucaqsız bir uçurum..
Qorxu nədir ki, iliklərimdə hiss etdim,
Adına eşq dedikləri ölümü..
Və bəmbəyaz səhvəyə qaraladım
Səssizcə öldüyüm günü..
Bir rüzgar aldı götürdü uzaqlara,
Məktub sandı, amma əslində
Latınca yazdığım bəddua
NƏ girəcəkdir torpağa,
NƏ çatacaqdır Allah..
İntihara təşəbbüs deyil,
Təbəssüm etdim ötən gecə..
Ölməkmi? Ölmək nə kəlimə..
Barmaq uclarıma qədər
Aşiq oldum sadəcə..AYGÜL..


***


əziz dost, sizinlə danışmağın
maraqlı romantikası var
xəyalımda ecazkar
Amerika küçələrinin
ekzotikası var..
bəs mənim məktublarımda
Vətən qoxusu varmı, söyləyin?
Görməyin reallığı itib gözümdə
Sizə yazmaq eynən musiqi qədər real
Həmçinin gözə görünməzdi..
Sizdən başqa çox güman
Kimsə bu hisləri mənə verə bilməzdi,
əziz dost, verə bilməzdi..
Bethoven görmədən, eşitmədən
musiqi bəstələdiyi kimi sizə məktublar yazıram
Sizi görmüş kimi varam, əziz dost..
Aramızda 9 saat zaman fərqi var..
Burda gecə olanda orda gündüz olur
Burda gündüz olanda orda gecə
Sanki keşik çəkirik bir-birimizə..
Məktublarımızda gecə ilə gündüz görüşür sanki
Məndə bizlərə xas həsrət,
sizdə Amerikan demokratiyası var..
Sizinlə danışmağın
maraqlı melodiyası var, əziz dost
Sizdən musiqi səsi gəlir
Bəs məndən şeir ətri gəlirmi, söyləyin?
Qəribədir sizə getməyin deyə bilmirəm
Çünki onsuz da getmisiniz
Uzaqdasınız..
Gəlin, bir az yaxın gəlin,
əziz dost, yaxın gəlin..

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG