Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:57
Hər il 2 milyona yaxın adamın qatıldığı Həcc ziyarəti 2013-cü ildə oktyabrın 13-dən 18-nə qədər olacaq. Ancaq artıq indidən bu Həcc mərasiminin əvvəlkindən daha təhlükəli olacağı ilə bağlı bəzi narahatlıqlar səslənir.

Dünya Səhiyyə Təşkilatı və Səudiyyə Ərəbistanından olan həkimlər bu ay yeni yayılmağa başlayan koronavirusun Həcc ziyarəti üçün təhlükəsini birgə araşdırmağa başlayacaqlar. Bundan sonra, əgər tələb olunarsa, ziyarətçilərin aeroportlarda yoxlanması və başqa məcburi profilaktik tədbirlər haqda qərar verəcəklər.

ÖLÜMCÜL VİRUS

Narahatlığın səbəbi ötən ilki Həcc mərasimindən sonra ilk dəfə rastlanan, əsasən Səudiyyə Ərəbistanı və Dubayda qeydə alınan ağır Tənəffüs Yollları Virusu – Koronavirusdur. MERS-Cov adı verilə bu virus 2003-cü ildə Asiyadan bütün dünyaya yayılan SARS virusunun daha ölümcül formasıdır. O zaman SARS virusuna yoluxanların sayı 10 minə yaxın idi və ancaq 775 nəfər rəsmən bu virusdan ölmüşdü. İndi isə Ərəbistandan başlanan virusa cəmi 53 nəfər yoluxsa da, xəstəliyə tutulanların yarısı dünyasını dəyişib.

Britaniya Həcc Zəvvarları Təşkilatı artıq indidən narahatlığını açıqca bəyan edib. Təşkilatın Baş katibi Khalid Pervez:

Biz indidən immun sistemi zəif olanlara xəbərdarlıq etmişik ki, bu il Həcc ziyarətinə qatılmasınlar. Digərlərinə isə tövsiyə edilir ki, ziyarətdən öncə həkim müayinəsindən keçsinlər. Səudiyyə Ərəbistanında olanda isə şəxsi gigiyena qaydalarına riayət etsinlər, şəxsi vasitələrini kimsəylə paylaşmasınlar, ziyarətçilər arasında asqırmaq və öskürməkdən çəkinsinlər.

Sözgedən virusun mənbəyi Ərəbistandakı yarasalardır. Yarasaların sancdığı keçi və dəvələrin ətini yeyən insanlara keçdiyi güman edilir. İnsandan insana keçməsi faktları isə Avropada qeydə alınıb. Britaniya, Fransa və Almaniyada Ərəbistan və Dubaydan gələn xəstələr virusu yatdıqları palata yoldaşlarına da keçiriblər.

Yoluxanlar öncə adi qripi və soyuqdəymə əlamətləri görünür, ancaq qısa müddət ərzində xəstənin vəziyyəti ağırlaşır, ağ ciyərlər sıradan çıxa bilir.

Ancaq həkimlər hələ ümidvardırlar, deyirlər ki, bu virus öncəki pandemiyalara nisbətən, insandan insana daha uzun müddətlik kontakt zamanı keçir. Britaniyadakı Reading Universitetindən virusşünas Ian Jones deyir ki, indiki şərtlər altında həccə gedənlərin hansısa özəl qoruyucu tədbirlər görməsinə ehtiyac yoxdur. Sadəcə istənilən yoluxucu xəstəlikdən qorunmaq üçün nə edirlərsə, onu eləsinlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG