Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:53

Gəncədə 100-ə yaxın körpə kəskin nəfəs yolu xəstəliyinə yoluxub


Arxiv foto
Arxiv foto
-
Bu barədə Gəncə şəhərinin baş infeksionisti Şirin Əhmədova məlumat verib. Bildirib ki, tənəffüs yollarının yuxarı respirator xəstəliklərinin törədicisi də məhz bu viruslardır.

«Bu il Gəncə şəhər Yoluxucu Xəstəliklər Xəstəxanasının stasionar şöbəsində 140 nəfər xəstə olub ki, onların 98-i azyaşlılardır. Onların rotavirusundan yəni, mədə-bağırsaq infeksiyasından əziyyət çəkməsi qeydə alınıb. Müraciət edənlərin demək olar ki, hamısı ishal və qusma ilə xəstəxanaya daxil olublar».

Şirin Əhmədova deyir ki, virus hava-damcı yolu ilə yoluxur. İmmuniteti zəif olan orqanizmlər soyuq havada bu virusa daha tez yoluxa bilirlər. İnfeksionist azyaşlıları virusa yoluxmuş insanlardan qorumağı, xüsusi qoruyucu maskalarından istifadə etməyi, meyvə və tərəvəzə üstünlük verməyi məsləhət görür.

Şirin Əhmədova əlavə edir ki, ambulator şəraitdə müalicə alan xəstələr də nəzərə alınarsa, bu il sözügedən virusdan əziyyət çəkənlərin sayı daha çox olub.
XS
SM
MD
LG