Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:06

Rəqs edən prezidentlər [VIDEOLAR]


Arxiv foto: Rusiyanın keçmiş prezidenti Boris Yeltsin 1996-cı ildə prezident seçkisi kampaniyasında rəqs edərkən. 10 iyun 1996

Arxiv foto: Rusiyanın keçmiş prezidenti Boris Yeltsin 1996-cı ildə prezident seçkisi kampaniyasında rəqs edərkən. 10 iyun 1996

-


YouTube portalında prezidentlərin oynayan yerdə çəkilən videolarını bir yerə toplamışıq.

İşi-gücü ciddi qərarlar vermək olan dövlət başçılarının qol qaldırıb oynamasını hərə bir yerə yozur. Kimi deyir rəqs etmək onlara seçki təbliğatı, camaata xoş gəlmək üçün lazımdır. Kimi də düşünür ki, onlar da adi adamlar kimi sümüklərinə düşəndə sadəcə oynamaqdan özlərini saxlaya bilmirlər.

Videoları təqdim edirik, özünüz qiymətləndirin, kim siyasət üçün oynayır, kim özü üçün!


Prezident Nikolai Federov
1995-2010-cu illərdə Rusiyanın Çuvaşiya Respublikasına rəhbərlik edib. Onun bu videosunu bir müddət media siyasilərin rəqsində ilk onluqda təqdim edirdi.



Prezident Boris Yeltsin
1991-1999-cu illərdə Rusiyaya rəhbərlik etmiş prezident Boris Yeltsin hər fürsətdə əyləncəsindən də qalmayan bir lider kimi ad çıxarmışdı.



Prezident Barack Obama
ABŞ prezidenti Barack Obama iki dəfə dövlət başçısı kimi andiçmə mərasimində xanımı Mishellə yaddaqalan rəqslər nümayiş etdirib. Bu videoda isə prezident Obama bir televiziya verilişinə qatılanda ilk dəqiqələrdə diqqəti özünə cəlb edir.



Prezident George Bush
ABŞ-ın keçmiş prezidenti George Bush da zarafatları ilə həmişə jurnalistlərə bol-bol materiallar verib.



Prezident İlham Əliyev
Azərbaycan prezidenti İlham Əliyev media qarşısında tez-tez idmanı sevən, atletik bacarıqları ilə özünü təqdim edir. Amma onun qol qaldırıb rəqs etdiyini görən o qədər də çox deyil. Amma onun bir neçə il əvvəl qızı Leylanın toyunda etdiyi rəqsinin görüntüləri Youtuba-a çıxa bilib.



Prezident Əbülfəz Elçibəy
Azərbaycanın mərhum keçmiş prezidenti Əbülfəz Elçibəyin Bakıda bir məclisdə qol qaldırıb oynaması onun bəlkə də sonuncu və çox nadir rəqslərindən biri oldu.



Prezident Islam Karimov
Yerli jurnalistlərin iddiasına görə Özbəkistan prezidenti İslam Karimov az qala hər il Novruz bayramlarında yaşının ahıl çağına baxmayaraq qol qaldırıb oynamağı sevən biridir.



Prezident İmamoli Rahmon
Tacikistan prezidenti İmamoli Rahmon-un bu yaxınlarda yerli müğənniləri qısqandıracaq bir videosu yayılıb. Dövlət başçısı bir toy məclisində həm oxuyur, həm rəqs edir.



Çeçenistanın rəhbəri Ramzan Kadyrov
Ramzan Kadyrov əla rəqs etməsi ilə öyünür. Çeçenistan rəhbəri ictimai tədbirlərdə dəvət gözləmədən qol qaldırıb süzməyi sevir.

Günün bütün mövzuları

XS
SM
MD
LG