Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:55

İçkili prezidentlər


Arxiv foto. Qazaxıstan prezidenti Nursultan Nazarbayev (sağda) və Fransanın keçmiş prezidenti Nicolas Sarkozy Astanada görüşdə olarkən. 6 oktyabr 2009
Arxiv foto. Qazaxıstan prezidenti Nursultan Nazarbayev (sağda) və Fransanın keçmiş prezidenti Nicolas Sarkozy Astanada görüşdə olarkən. 6 oktyabr 2009

-

Siyasət ayıq başla aparılmalıdır, maşın sürmək kimi. Odur ki, ağır oturub-batman gələn xarizmatik dünya liderləriini sərxoş görmək hər adama nəsib olmur. Amma sürücülərdən fərqli olaraq, ölkələri idarə edən şəxslərlə bağlı nə içki yasağı var, nə də alkohol nəzarəti. Yalnız jurnalistllərin videokamerlarıdır belə nadir məqamları həkk edən. YouTube-da apardığımız "alkohol testi" aşağıdakı nəticələri verdi:

Çex Respublikasının prezidenti Milos Zeman
Çex Respublikasının yeni seçilmiş prezidenti Milos Zeman mayın 10-da paytaxt Praqada rəsmi açılış mərasimlərindən birində sərxoş kimi davranırdı. Videonu təqdim edən yerli mediada hətta iddia olunur ki, dövlət başçısı bu tədbirdən əvvəl Rusiyanın Çexiyadakı səfiri ilə görüşübmüş və ola bilər onlar təkcə çay içməyiblər…

Prezidentin sözçüsü isə deyib ki, cənab Zeman soyuqladığı üçün bəzi sərt dərmanlar atıb. Həmin dərmanların təsirindən də prezidentin başı dolanıb. Videonu izləyin:



Fransanın keçmiş prezidenti Nicolas Sarkozy
Sərxoş çıxışları ilə dillərdə dastan olan prezidentlərdən biri də Fransanın keçmiş president Nicolas Sarkozy-dir.

Bu video 2007-cu ildə Böyük Səkkizliyin toplantısında çəkilib. Jurnalistlər iddia edirlər ki, cənab Sarkozy içkinin təsirindən belə davranır:



Polşanın keçmiş prezidenti Aleksander Kwaśniewski
1995-2005-ci illərdə Polşanın prezidenti olmuş Aleksander Kwaśniewski-nin də sərxoş video-ları internet dolaşır.



ABŞ-ın keçmiş prezidenti George W. Bush
ABŞ-ın keçmiş prezidenti George W. Bush da espriləri ilə mediaya gen-bol gülüş mövzuları verən dünya liderlərindən olub:


Rusiyanın keçmiş prezidenti Boris Yeltsin
Ömrünün və prezidentliyinin son illərində jurnalistlər qarşısına demək olar hər çıxışı Rusiyanın keçmiş prezidenti Boris Yeltsinin yeni bir sərxoş halını sərgiləyirdi:



Azərbaycan prezidenti İlham Əliyev
Prezident İlham Əliyevin sərxoş videosu hələlik məlum olmasa da onun da “yeyib-içən oğlan” olduğunu iddia edənlər çoxdu. Lap yaxınlarda İlham Əliyevin yaxşı bir tost dediyi video internet məkanında yayıldı. Həm də hazırda siyasətdə ona müxalifətdə dayanan Ziyalılar Forumunun rəhbəri Rüstəm İbrahimbəyov üçün dediyi tost. Yayıldığı qısa müddətdə bu tost videosuna 35 min adam baxıb:

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG