Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:16

Allahşükür Paşazadə Ali Khamenei ilə görüşüb


-
Mayın 19-da Tehranda Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin rəhbərlik etdiyi, Azərbaycan-İran parlamentlərarası dostluq qrupu üzvlərinin də təmsil olunduğu nümayəndə heyəti Tehranda ali dini rəhbər Ali Khamenei ilə görüşüb.
Görüşdə iki ölkə və xalq arasında hərtərəfli əlaqələrin istiqamətlərinə dair fikir mübadiləsi aparılıb. Xamneyi deyib ki, İran həmişə Azərbaycanın yanındadır, onun ərazi bütövlüyünü tanıyır və hörmətlə yanaşır.
Mayın 18-də isə nümayəndə heyəti prezident Mahmoud Ahmadinejadla görüşüb. Əhmədinejad deyib ki, dinamik inkişafda olan Azərbaycan-İran münasibətləri tarixi köklərə söykənir və iki ölkə bir-birinə qırılmaz tellərlə sıx bağlıdır: “Azərbaycan xalqı mənim qəlbimdədir, heç bir qüvvə onu ürəyimdən çıxara bilməz”.
Xəbəri AzərTac yayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG