Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:18
-
Rikard Særsten 27 yaşındadır, borcu yoxdur, çalışdığı şirkət kollecdə təhsil haqqını ödəyib, nəzarətçi vəzifəsinə yüksəlib, dənizdə çox olsa, ildə 140 min ABŞ dollarına qədər qazana bilər. Særsten fond brokeri deyil, Norveçdə neft buruğunda işləyir.

«GECƏ NÖVBƏSİNDƏ... 400-500 MANAT ALARSAN»

«Bibiheybətneft»də maşinist işləyən 49 yaşlı Əziz İmaməliyevin bir iş saatı 2 manat 26 qəpikdən hesablanır. Dediyinə görə, aylıq maaşı təxminən 350 manatdır, ancaq olur ki, gecə növbəsinə görə verilən əlavələr və yeməkpulu ilə birlikdə bu məbləğ ayda 500 manata çatır. Həyat yoldaşı da neft sahəsində çalışır, amma yenə çətin dolanırlar:

«Bu pul ailəmizə çatmır. İki tələbə övladım var. Biri Gəncədə, biri Bakıda oxuyur. Gecə növbəsində işləyənlər yenə 400-500 manat alır. Yalnız gündüz növbəsində çalışan neft-qaz hasilatı operatorları, elektrik qaz qaynaqçıları da var. Mart ayında Novruz bayramına görə cəmi 15 gün iş günü oldu deyə, onlar 250-270 manat maaş aldılar».

2011-ci ildə Norveç neftçisi ilə 175 min dollar qazanırdı. Bu göstərici dünyadakı orta həddən iki dəfə çox sayılırdı. Ötən il həmin göstərici 152 min 600 dollara enib. İldə 163 min 600 ABŞ dolları qazanan Avstraliya neftçisi 2012-ci ildə dünya neftçiləri arasında birinci yerə çıxıb.

Bu araşdırmanı 2013-cü ilin əvvəlində Londonda mənzillənən «Hays Oil & Gas» işəgötürmə şirkəti açıqlayıb. Araşdırma 50 ölkədə neft sənayesində çalışan 24 müxtəlif peşə sahibini əhatə edib. Statistika 25 min neftçinin aldığı əməkhaqqı barədə məlumatlara əsaslanır.

İXTİSASLI İŞÇİ AZDIR, TƏLƏBAT YÜKSƏK

Şirkət Norveç və Avstraliyada maaşların yüksək olmasını belə izah edir:
Xəzər dənizində neft platforması

Xəzər dənizində neft platforması

«Hər iki ölkədə ixtisaslı işçi qüvvəsi məhduddur, ancaq yüksək tələbat var. Nəticədə əməkhaqqı belə yüksəkdir».

Avstraliyada ölkənin ucqar yerlərinə işçiləri göndərmək üçün maaşların yüksək olması tələb olunur. Norveçin neft-qaz sərvəti avro-böhran zamanı Qərbi Avropanın iri neft ixracatçılarının qorunmasında böyük rol oynayıb. Sənayeyə rekord səviyyədə sərmayə yatırımına tələbat artdığından peşəkar kadrların çatışmazlığı maaşların da yüksəlməsinə təkan verib.

Həm yerli, həm də xarici işçilərin maaşını göstərən tədqiqatın nəticələrinə görə, Avstraliya və Norveçdən sonra Yeni Zelandiya, Niderland (Hollandiya) və Kanada gəlir.
ABŞ-da yerli işçilər ildə 121 min 400 dollar qazanır və dünya sıralamasında beşinci yerdədirlər. Sudan isə ildə 31 min 100 dollarla siyahının sonuncu pilləsində qərar tutub.

Həmin siyahıya görə, Azərbaycanda yerli neftçilər ildə orta hesabla 47 min 500, xarici neftçilərsə 133 min 500 dollar əməkhaqqı alırlar.

STATİSTİKA KOMİTƏSİ NƏ DEYİR

Siyahıdakı rəqəmi Dövlət Statistika Komitəsinin saytındakı göstəricilərlə müqayisə edək. Cədvəldə 2011-ci ilin orta aylıq maaşı göstərilib:

SAATI 1 MANAT 95 QƏPİK

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı AzadlıqRadiosuna Azərbaycan neftçisinin maaşı barədə bəzi rəqəmləri təqdim edib. Belə ki, quruda işləyən təmirçi çilingərin aylıq tarif maaşı 237 manatdır. Mirvari Qəhrəmanlı

Mirvari Qəhrəmanlı

Ancaq bu məbləğ müxtəlif tutulmalar və əlavələrdən sonra yekunda 275 manata çatır. Elektrik qaz qaynaqçısı martda 301 manat maaş alıb. Neft-qaz hasilatı operatorlarının əlinə aldığı əməkhaqqı isə 345-350 manat civarındadır. ARDNŞ-in tərkibində olan «Azəriqaz»da qazpaylayıcı stansiyanın 5-ci dərəcəli operatorunun 1 saatlıq əməyinin dəyəri 1 manat 95 qəpikdir. Bu da ayda tutulmalarsız təxminən 320 manat edir.
Qəhrəmanlı bir neçə il əvvəl Norveçin «Statoil» şirkətinə səfərini xatırlayır, şirkətin Şimal dənizindəki platformasını beşulduzlu otellə müqayisə edir. O, «Statoil»un yalnız bizneslə, hasilatla məşğul olduğunu deyir, ARDNŞ-in də müstəqil bir quruma çevrilməsinin vacibliyini vurğulayır. Dövlət Neft Şirkətinin müharibə vaxtı 23 milyon ton neft çıxardığını xatırlayan ekspert indi hasilatın 8 milyon tona düşdüyünü bildirir. Onun fikrincə, şirkət yalnız neft qazması, hasilatı və nəqli ilə məşğul olmalıdır. Qəhrəmanlı ARDNŞ-da ciddi struktur islahatlarının aparılmasını – təhlükəsizlik və sosial inkişaf idarələrinin, «Azərkimya» və «Azəriqaz»ın, hətta Qazma İdarəsinin də şirkətin tərkibindən çıxarılmasını vacib sayır.

Mirvari Qəhrəmanlı həm yuxarıda qeyd edilən tədqiqatın nəticələrinə, həm də Statistika Komitəsinin rəqəmlərinə şübhəylə yanaşır. O, neft sahəsində ən böyük maaşı Dövlət Neft Şirkəti şöbələrinin, icra aparatları əməkdaşlarının aldığını bildirir, tədqiqatın da həmin rəqəmlərə əsasən aparıldığını istisna etmir: Bos Shelf» şirkətində fəhlələrin etirazı

Bos Shelf» şirkətində fəhlələrin etirazı


«Həddindən artıq rəhbər orqanlar var. Bir fəhlənin üstünə neçə nəfər «otuzdurulub». Şirkətdə neçə vitse olar? Çoxlu və bir-birini təkrarlayan şöbələr, departamentlər. Hər müdirə, hər müavinə bir katibə, bir xadimə, bir xidməti maşın düşür».

ETİRAZLAR NƏYİ DƏYİŞİR?

Bu ilin martında «Bos Shelf» şirkətində çalışan fəhlələr əmək haqlarının azlığına və tibbi sığortanın olmamasına etiraz etdilər. Etirazçılardan biri deyirdi ki, 400 manat maaş alır və 220 manat da ipoteka verir.

Maşinist Əziz İmaməliyev məhz əməkhaqqına görə neftçilərin bir neçə etirazının nəticəsiz qaldığını bildirir. Məsələn, Bibiheybətdə zərərli əməyə görə verilən 12 faiz artım bir neçə ay əvvəl 4 faizə salınıb, etirazlardan sonra 8 faizə qaldırılacağı bildirilib:

«12 faiz olsa belə, əməkhaqqı çox aşağıdır. Bankların daimi müştəriləri neftçilərdir. Bir idarənin 400 nəfər işçisinin 300-ü hər il banklardan kredit götürür, işlərini, dolanışığını yola verir. Yaxşı maaş alsalar, kim bankdan faizə pul götürər?».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG