Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 03:59

«Bos Shelf» iş də istəyir, aş da [Video]


-
Martın 18-də səhər 9-dan etibarən «Bos Shelf» şirkətində çalışan fəhlələr işlərini dayandıraraq tətil elan ediblər. Tətilə səbəb – əmək haqlarının azlığı və tibbi sığortanın olmamasıdır.

«Maaşımız olduqca azdır, 400-450 manat maaş alırıq, tibbi sığortamız yoxdur, ən adi səhvə görə xaricilər tərəfindən bizə sərt tədbirlər görülür, işdən azad olunuruq, təhqir edilirik» – zavodda fəhlə çalışan İqbal Dəmirovun sözləridir.

Başqa bir fəhlə – Ramin Musayev deyir ki, 2012-ci ilin dekabrınadək tibbi sığortaları olub:

«Dekabradək bu zavod Neft Şirkətinin tərkibində idi, dekabrdan verildi «Bos Shelf» şirkətinə. İndi də tibbi sığortamız yoxdur, əməkhaqqı da çox azdır. Şənbə və bazar günləri də işləyirik, amma əməkhaqqı yenə az olur».

1 SAATI 5 DOLLAR 50 SENT

Təxminən gündüz saat 1-də ARDNŞ rəsmiləri və «Bos Shelf» şirkətinin rəhbərliyi tətil edənləri dinləmək üçün zavoda gəldi. Fəhlələr başqa tələblər sırasında məzuniyyətlərinin qısalığını və əməkhaqqının dollarla hesablanmasını da dilə gətirdilər:

«Əmək haqlarımız çox aşağıdır. Azərbaycan qanunvericiliyinə görə, ölkə ərazisində milli pul vahidi əsas götürülməlidir. Bizim 1 saatımız 5 dollar 50 sentdən hesablanır. Bunun məişəti var, krediti var. Burada çalışan xarici vətəndaşlar bizi söyür, təhqir edir, usta qaynaqçıları imtahandan kəsirlər. Söyüşün biri bir qəpikdir» – «Bos Shelf» şirkətinin rəhbərliyi tətil edənlərlə görüşür

«Bos Shelf» şirkətinin rəhbərliyi tətil edənlərlə görüşür

qaynaqçı Ramin Musayev rəhbərliklə görüşdə bu sözləri söylədi.

«Bos Shelf»in bir başqa işçisi əməkhaqqının yetərsizliyini vurğuladı:

«Bütün Azərbaycan nefti bu zavodun məhsuludur. 18 yaşımdan burda işləyirəm. Neftimiz bu zavodun əziyyəti ilə çıxırsa, biz də bunun nəticəsini görməliyik. Hamımızın bir-birimizə borcumuz var, bezmişik borc alıb-verməyə. 220 manat ipoteka verirəm, 400 manat da maaş alıram. Hər gün qara metalı kəsib doğrayır, evə gedəndə üstümüzdən qara pas tökülür. Elə gün olub ki, deyiblər bir ayın işini 15 günə görün, o cür də eləmişik».

APRELİN 1-NƏ SÖZ VERİRLƏR
İxtiyar Axundov

İxtiyar Axundov


«Bos Shelf» MMC-nin direktoru İxtiyar Axundov etirazlara cavabında bildirdi ki, hər bir işçinin həyatı, risk və təhlükəsizliyi sığortalanıb:

«Dövlət Neft Şirkətinin bir qurumu olaraq, tibbi sığortanı tamamlamışıq. Aprelin 1-dən siz istifadə edə biləcəksiz. İyunun 1-dən isə sizə identifikasiya kartı paylanacaq. İşçi var, rəhbər var, rəhbərin rəhbəri var. Nizam-intizam normaları aşılırsa, bu, problemdir və bunu araşdıracağıq. «Bos Shelf» böyük layihələrlə işləyir, bu, operator BP şirkətidir. BP şirkəti bütün ödənişləri funt-sterlinq, dollar və avro ilə edir. İndiyədək bütün sistem belə qurulub. Qaldı ki, kurs məsələsində sizin pul itirməyinizə, bu məsələni araşdıracağıq».

Xaliq Məmmədov

Xaliq Məmmədov

İxtiyar Axundov deyib ki, məzuniyyətlə bağlı şikayətə gəlincə, məzuniyyət günləri qanunla müəyyənləşdirildiyindən bununla bağlı heç nə edə bilməz.

«YENİ İŞ YERLƏRİ AÇACAĞIQ»

AzadlıqRadiosuna müsahibə verən Neft Şirkətinin vitse-prezidenti Xaliq Məmmədov qaldırılan məsələlərlə əlaqədar «Bos Shelf»in direktoruna tapşırıq verdiyini söylədi:

«Bilirsiniz ki, dünyada məşhur şirkətlər işçilərinin sayını azaldır, amma biz ixtisar etmirik. Biz deyirik ki, yeni iş yerləri açacağıq. İstəyirik yeni layihələr həyata keçirilsin. O yeni layihələrə də öz yerli təşkilatlarımızı cəlb edəcəyik, o cümlədən «Bos Shelf»i. İşlər artdıqca, maaşlar da artacaq. Mən razıyam ki, 300-400 manat aşağı əməkhaqqıdır. Direktora tapşırıq verdik, aydınlaşdıracaq».

İclasdan sonra fəhlələr dəyişikliklərin olacağına ümid etdiklərini dedilər və əks-halda yenidən tətil edəcəklərini bildirdilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG