Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:22

Qubada fəhlələr tətil edir


Fəhlələr maaşları ödənilməyənədək işi bərpa etməyəcəklərini deyirlər
Fəhlələr maaşları ödənilməyənədək işi bərpa etməyəcəklərini deyirlər
-
Martın 14-də səhər saat 7 radələrindən Qubada fəaliyyət göstərən «Texno-Atinak» MMC-nin fəhlələri tətilə başlayıblar.

Fəhlələr AzadlıqRadiosuna bildiriblər ki, 3 aydır əməkhaqqı ala bilmirlər. Onlar bayram ərəfəsində maaşlarının ödənilməsini tələb edirlər:

««Sabah verəcəklər, gələn həftə verəcəklər» deyə-deyə gətirib çıxarıblar 3 aya. 3 ay tamam oldu ki, maaşımızı vermirlər».

Şirkətin Quba layihəsində sahə rəisi işləyən Gökhan Noğay isə AzadlıqRadiosuna bildirib ki, fəhlələrin maaşı 3 ay yox, bir neçə gündür ləngiyir. Onun dediyinə görə, səbəb «Azərsu» Açıq Səhmdar Cəmiyyətinin layihə çərçivəsində şirkətə ödəməli olduğu pulu gecikdirməsidir.

«HƏFTƏSONUNADƏK MAAŞLARINI ALACAQLAR»

«Azərsu» ASC mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı AzadlıqRadiosuna maaş gecikmələrinin yanvar ayından davam etdiyini təsdiqləyib:

«Quba şəhərinin su təchizatını və kanalizasiya sistemini yenidən quran bu şirkətə bir ay əvvəl və dünən «Azərsu» ASC tərəfindən ödənişlər olub. Bizdə olan məlumata görə, işçilərin yanvar və fevral ayından ödənilməyən maaşları qalıb. İşçilər ən geci həftənin sonunadək maaşlarını alacaqlar. Yubanmaya səbəb odur ki, həmin layihə büdcə vəsaitləri hesabına maliyyələşdirilir. «Azərsu» büdcədən maliyyəni alıb podratçıların hesabına köçürür. Problem də bu gecikmələrdədir».

Türkiyə şirkəti olan «Texno-Atinak» MMC Qubada kanalizasiya xətləri çəkir. Fəhlələr boruların çəkilişlərində öz şəxsi ağır texnikaları ilə işlədiklərini və maaşlarının 600-700 manat civarında olduğunu deyirlər. Onlar maaşları ödənilməyənədək işi bərpa etməyəcəklərini deyirlər.
XS
SM
MD
LG