Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:20

Həbsdəki gənclərin alçaldılmasına etiraz edirlər


-
Mayın 13-də bir qrup vətəndaş cəmiyyəti nümayəndəsi həbsdə təmizlik işləri apararkən şəkilləri çəkilərək yayılan gənc fəallar Əbülfəz Qurbanlı, Turqut Qəmbərİlkin Rüstəmzadə ilə bağlı bəyanat veriblər.

Bəyanat müəlliflərinə görə, məqsəd həmin gəncləri gözdən salmaqdır.

Bəyanatda deyilir ki, hər 3 gənc Bakı şəhər Baş Polis İdarəsinin məntəqəsində işgəncəyə məruz qalıblar:

«Mayın 10-da gənclərin orada müxtəlif təmizlik işləri görərkən çəkilmiş fotoları alçaldıcı şərhlərlə bir sıra hakimiyyətyönlü internet saytlarında yayılıb. Yayılan fotolardan açıq aydın hiss olunur ki, məqsəd bu yolla onlara və digər fəal gənclərə təzyiq etmək, onları şantaj edərək mübarizələrindən çəkindirməkdir. Eyni zamanda, bu vasitə ilə onları cəmiyyətdə gözdən salmağa da cəhd edilir».

Bəyanatda o da deyilir ki, gənclərin iradələrinə zidd olaraq onların başları məcburi şəkildə qırxılıb və bu da onlara işgəncənin verilməsindən xəbər verir.

«Polis tərəfindən xüsusi mühafizə olunan məntəqədə saxlanılan şəxslərə qarşı bu cür münasibət, xüsusilə onların fotolarının yayılması tamamilə qanunsuz və cəzalandırılmalı olan əməldir. Xüsusilə də internet saytlarının qapalı yerdə çəkilən fotoların əldə etməsi sual doğurur. Həmin fotoların yayılmasında məntəqə rəhbərliyinin və əməkdaşlarının rolunun olmasını qəti şəkildə ehtimal edirik və belə fotoların yayılmasında Daxili İşlər Nazirliyinin məsuliyyət daşıdığını bəyan edirik» – deyə bəyanatda bildirilir.

Vətəndaş cəmiyyəti nümayəndələri hər üç gəncə qarşı «bu cür qanunsuzluqları və kampaniyanın aparılmasını» qəti şəkildə pisləyir, «işgəncə vermiş və fotoların yayılmasına şərait yaratmış vəzifəli şəxslər»in məsuliyyətə cəlb olunmasını tələb edirlər.

Bəyanatı Arzu Abdullayeva, Qubad İbadoğlu, Zöhrab İsmayıl, Vidadi İsgəndərli, İradə Cavadova, Anar Məmmədli, Leyla Yunus, Mirəli Hüseynov, Rəsul Cəfərov, Ərəstun Oruclu, Samir Kazımlı, Rövşən Ağayev, Oqtay Gülalıyev və başqaları imzalayıb.

Daxili İşlər Nazirliyindən bu bəyanatda səslənən fikirlərə şərh verilmədi.

AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı, NİDA Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Turqut Qəmbər və Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadə aprelin 30-da Bakıda «Terrora yox!» şüarı ilə keçirilən dinc aksiyada həbs edilmişdilər. Onlar inzibati cəza almışdılar.

Günün bütün mövzuları

XS
SM
MD
LG