Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:49

Bircə sualı cavabla - iPod qazan! (Bundan əvvəlki sualın cavabı - Haksli...)


iPod Shuffle
iPod Shuffle
-

Azadlıq Radiosunun "Oxu zalı"nda keçirilən ədəbiyyat viktorinasının bu həftə üçün sualı:

Cavab ver - iPod qazan!

Bu, hansı əsərdəndir?

"“Masa arxasında oturub blaknotunda nəsə qaralayan Tanrıya baxır və düşünürdüm ki, O da səhv edə bilərmiş.

Bizə qeyri-adi demək olmaz.

Amma biz sadəcə, çürüyən üzvi materiya da deyilik.

Biz varıq, mövcuduq.

Sadəcə, mövcuduq və olacağa da çarə yoxdur.

Onda Tanrı mənə belə dedi:

- Yox, elə deyil."


Cavabınızı mayın 14-ə qədər (həmin gün də daxil) bu ünvana yollaya bilərsiz: oxuzali@azadliqradiosu.az

Viktorinanın qalibi düzgün cavab yollayanlar arasından püşkatma yolu ilə seçiləcək.

***

Azadlıq Radiosunun “Oxu zalı”nda keçirilən ədəbiyyat viktorinasında bundan əvvəl elan edilmiş suala düzgün cavabsa belədir:

Oldos Hakslinin "Yeni gözəl dünya" romanı (1946-cı il nəşrinə müəllifin yazdığı ön sözdən)

17 düzgün cavab göndərilib.

(Sualımız "Bu, hansı ingilis yazıçısının əsərindəndir?" olsa da, başqa ölkə yazarlarının əsərlərinin adı da cavab olaraq göndərilib).

Püşkatma nəticəsində qalib.Vüqar Orxan (Əliyev) olub.

Qalibi təbrik edirik. O, mükafatını - iPod Shuffle-ı Azadlıq Radiosunun Bakı bürosundan götürə bilər:

Telefon: 436 77 40 (dax. 13 55 Rafiq bəy)

Viktorinamız qarşıdakı həftələrdə davam edəcək.

(Qalib növbəti həftələrdə viktorinada iştirak edə bilməz).

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG