Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 08:23

Bircə sualı cavabla - iPod qazan! (Bundan əvvəlki sualın cavabı - Borxes...)


iPod Shuffle
iPod Shuffle
-

Azadlıq Radiosunun "Oxu zalı"nda keçirilən ədəbiyyat viktorinasının bu həftə üçün sualı:

Cavab ver - iPod qazan!

Bu, hansı ingilis yazıçısının əsərindəndir?

“Əlbəttə, yeni totalitarizm köhnələrə oxşamaya da bilər. Dəyənək, güllələnmə, süni aclıq, kütləvi həbs və kütləvi deportasiyalar vasitəsilə idarəetmə təkcə insaniyyətə zidd deyil (insaniyyət indi kimsəni xüsusi narahat da eləmir), həm də tamamilə qeyri-effektivdir. Müasir texnologiyalar dövrümüzdə isə qeyri-effektivlik və faydasızlıq Müqəddəs Ruh qarşısında günah sayılmalıdır”.

Cavabınızı mayın 6-a qədər (həmin gün də daxil) bu ünvana yollaya bilərsiz: oxuzali@azadliqradiosu.az

Viktorinanın qalibi düzgün cavab yollayanlar arasından püşkatma yolu ilə seçiləcək.

***

Azadlıq Radiosunun “Oxu zalı”nda keçirilən ədəbiyyat viktorinasında bundan əvvəl elan edilmiş suala düzgün cavabsa belədir:

Xorxe Luis Borxesin "Qum kitabı".

17 düzgün cavab göndərilib.

(Əksər cavablar səhv olub. O cümlədən: Sartrın "Sözlər"i, Pamukun "Yeni həyat"ı, Hitlerin "Mənim mübarizəm" kitabı və s.

Püşkatma nəticəsində qalib Nərgiz Hüseyn olub.

Qalibi təbrik edirik. O, mükafatını - iPod Shuffle-ı Azadlıq Radiosunun Bakı bürosundan götürə bilər:

Telefon: 436 77 40 (dax. 13 55 Rafiq bəy)

Viktorinamız qarşıdakı həftələrdə davam edəcək.

(Qalib növbəti həftələrdə viktorinada iştirak edə bilməz).

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG