Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:19

Ermənistanın ofşor problemi


Ermənistanın keçmiş baş naziri, Milli Məclisin deputatı Qrant Baqratyan

Ermənistanın keçmiş baş naziri, Milli Məclisin deputatı Qrant Baqratyan

-
Ermənistanın keçmiş baş naziri, Milli Məclisin deputatı Qrant Baqratyan gələn ildən mədənçıxarma ilə məşğul olan ofşor şirkətlərin fəaliyyətinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi hazırlayıb, onu parlamentə təqdim edib. Deputat hesab edir ki, bu şirkətlər ölkə iqtisadiyyatına ziyan vururlar. Belə ki, mədənçıxarma sənayesinin nümunəsindən görünür ki, ofşor şirkətlər son məhsulu öz müəssisələrinə aşağı qiymətlə satır. Daha sonra isə bu şirkətlər əsl alıcılara eyni məhsulu real və yüksək qiymətlə satır:
«Biz Ermənistanda ofşor şirkətlərin fəaliyyətini qadağan etməliyik. Bu gün bütün dünyada ofşorlara qarşı mübarizə gedir. Ermənistanda mədənçıxarma sənayesində çalışan şirkətlər ya ofşor zonalarda qeydiyyatdan keçiblər, ya bu zonalarda qeydiyyatdan keçən şirkətlərdən texnika, avadanlıq alırlar və yüksək qiymət göstərirlər, ya da məhsullarını - mis və molibdeni ofşor müəssisələrinə aşağı qiymətlə satırlar, daha sonra isə ofşor zonalardan məhsullar yüksək qiymətlə yenidən satılır».
ÖLKƏYƏ GƏLİR GƏTİRMƏYƏN ZƏRƏRLİ İŞ
Qrant Baqratyanın bəzi iqtisadçıların, ofşor investisiyaları ilə çalışan şirkətlərin iş yerləri yaratdığı və iqtisadiyyatı inkişaf etdirdiyi ilə bağlı fikirlərinə münasibəti belə oldu:
«Onlar iş yeri yaratmır və iqtisadiyyatımızı inkişaf etdirmirlər, çünki bir vəsait qoyub, əvəzində onunu aparırlar, bununla da hökumətimizə ziyan vururlar. Nəticədə 10 dəfə artıq zərər vurmuş olurlar. Bununla belə, ofşor zonalarında qeydiyyatdan keçməyən şirkətlər daha çox iş yeri yarada və 10 dəfə artıq fayda verə bilərlər. Nəyə görə biz bu şirkətlərin arxasında dayananların kimliyini bilməməliyik. Üstəlik əgər onlar yaxşı iş görür və iş yerləri yaradırlarsa... Onlar Ermənistanda qeydiyyatdan keçməli və yerli rezidentlər xarici səhmdarlar kimi təqdim edilməməlidir. Hazırkı vəziyyətdə isə biz bu şirkətlərin arxasında dayanan şəxsləri tanımırıq. Məsələn, biz hələ də 2003-2004-cü ildə, ikinci prezidentin idarəçiliyi zamanı Kacarandakı molibden zavodunun pulsuz özəlləşdirilməsinin səbəbini və bunun hökumətlə hər hansı bağlılığının olub-olmadığını bilmirik».
«SÖHBƏT BÖYÜK PULLARDAN GEDİR...»
Sabiq baş nazirin sözlərinə görə, hakimiyyətdəkilər mədənçıxarma sənayesində fəaliyyət göstərən ofşor şirkətlərlə bağlı problemləri yaxşı bilir, hərçənd onlara qarşı heç bir mübarizə aparmırlar:
Ermənistan paytaxtı

Ermənistan paytaxtı

«Bu barədə hamı - baş nazir və hökumət də bilir. Ancaq heç kim vəziyyəti düzəltmək istəmir. Burda söhbət böyük pullardan gedir. Bu barədə danışanda deyirlər, gəlin birgə işləyək və mübarizə aparaq. Hesab edirəm ki, bunlar ancaq söz-söhbətdir və iş görülmür, əgər həqiqətən mübarizə aparmaq istəyirlərsə təklif etdiyim qanun layihəsini qəbul eləsinlər».
Parlamentdə çoxluqda olan hakim Respublika partiyasının nümayəndəsi Vaqram Baqdasaryan isə bildirir ki, onlar istənilən yaxşı qanun layihəsini müzakirə edib, qəbul etməyə hazırdırlar və üstəlik, mədənçıxarma sənayesində çalışan ofşor şirkətlərlə bağlı ciddi problemlərin olduğunu da etiraf edir:
«Respublika partiyası iqtisadiyyatın inkişafına yönəlik bütün qanun layihələrində maraqlıdır, çünki məhz biz bu məsuliyyəti üzərimizə götürmüşük. Mən hələlik layihəni görməmişəm, ancaq söhbətin nədən getdiyini anlayıram. Təəccüblənirəm ki, Baqratyan kimi ciddi siyasətçi və iqtisadçı layihənin keçməyəcəyinə qabaqcadan əminliyini ifadə edir. Çox güman ki, müzakirələrdən sonra layihə qəbul olunacaq».
Baqratyan isə başqa fikirdədir. Hesab edir ki, layihə müzakirəyə qədər gedib çıxmayacaq. Qanun layihəsi parlamentə təqdim edilsə də hələ ki, iclasın gündəliyinə salınmayıb. Millət vəkili əvvəllər müxtəlif məsələlərlə bağlı təqdim etdiyi 7 layihə kimi sonuncunun da parlamentin iclasının gündəliyinə daxil edilməyəcəyindən əndişəlidir:
«Layihədən narazılıq olarsa, gündəliyə salınmayacaq, bu məni təlaşlandırır. Hərçənd konstitusiyaya görə, millət vəkilinin təqdim etdiyi istənilən qanun layihəsi müsbət ya mənfi qiymətləndirilməyindən asılı olmayaraq parlamentin gündəliyinə çıxarılmalıdır. Bir tərəfdən deputatların bu və ya digər məsələni qaldırmaq, qanun layihəsi təqdim etmək hüquq var, digər tərəfdən bu layihə gündəliyə çıxarılmaya bilər».
XS
SM
MD
LG