Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:32
-
«İctimai Palata İlham Əliyevin istefası tələbini rəsmi şəkildə gündəmə gətirməlidir».

Bu fikri aprelin 13-də İctimai Palatanın (İP) iclasında Müsavat başqanı İsa Qəmbər səsləndirib. O, seçki platforması hazırlanmasının vacibliyini də vurğulayıb:

«Biz nəzərdən keçirməliyik ki, hansı formatlar xalqın dəstəyini qazanmağa daha çox şanslıdır. Müxtəlif ideyalar var. Hər birini nəzəri cəhətdən mümkün hesab edirik».

AXCP sədri Əli Kərimli ofşor şirkətlər barədə müzakirələr aparmağı təklif edib.

Sessiyada seçkilərlə bağlı konkret qərarın qəbul olunmasının vacibliyi bildirilib. Əli Kərimli deyib ki, ötən ilin sonlarında bununla bağlı qəbul olunan qərarı İP hələlik dəyişmək niyyətində deyil.

«XALQI ALDATMAĞA LÜZUM YOXDUR»

Partiyaların birgə fəaliyyəti ilə bağlı müzakirələr mübahisələrə səbəb olub.

AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı indiyə qədər İP-nin siyasi dəyişikliyə səbəb olan addım ata bilmədiyini deyib:

«Azərbaycan müxalifəti özünün vahid namizədini müəyyənləşdirməlidir. Bunu etmədən seçkiyə gedib xalqı aldatmağa, seçki oyununda iştirakçıya çevrilməyə lüzum yoxdur».

Sabiq baş nazir Pənah Hüseyn çıxışında bəzi suallara cavab istəyib:

«Niyə İlham Əliyevin istefası tələbini qoymuruq? Seçkilər haqqında dəqiq mövqeyimizi müəyyən etməmişik. Mən İP-in vahid namizədinin müəyyən olunmasının tərəfdarıyam. Niyə bu barədə müzakirələr başlamır?».

O, seçki və vahid namizəd məsələsi ilə bağlı növbədənkənar sessiya çağırmağı təklif edib.

Sessiyanın sonunda ölkədəki repressiyalarla bağlı bəyanat qəbul edilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG