Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:31

İctimai Palata həbslərin artacağından narahatdır


Foto: Arxiv
Foto: Arxiv
-
«Qərbin reaksiyası üzərində siyasət qurmaqdan imtina etməliyik».

Bunu fevralın 9-da İctimai Palatanın sessiyasında AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib:

«Biz əsasən daxilə istinad etməliyik. Qərbdən gələn bəyanatlarla siyasət qurmaq düzgün deyil».

AXCP sədri Əli Kərimli AŞPA-da Azərbaycanla bağlı hesabatın qəbul edilməməsinin ölkədə yeni həbslərə təkan verdiyini deyib. Partiya sədri Strasser-in hesabatının qəbul edilməməsinə etiraz olaraq yeni bir sənəd hazırlamasını təklif edib.

İsmayıllı hadisələri ilə əlaqədar Tofiq Yaqublu ilə İlqar Məmmədovun həbsinə toxunan Ə.Kərimli hakimiyyətin gündəmi dəyişmək istədiyini deyib.

O, yazıçı Əkrəm Əylislinin «Daş yuxular» romanına da münasibət bildirib:

«Əylislinin yazdığı roman Azərbaycanın maraqlarına nə qədər ziddirsə, Əylisliyə qarşı aparılan kampaniya və bunun dünyada doğurduğu əks-səda bir o qədər Azərbaycanın milli maraqlarına ziddir. Çünki dünyada bu əsərdən xəbəri olmayanlar da onunla maraqlanır. Bu isə Azərbaycanın milli maraqlarına daha çox zərbə vurur».

İP Koordinasiya Şurasının üzvi Pənah Hüseyn ölkənin dəyişiklik ərəfəsində olduğunu deyib:

«Hakimiyyət və onu müdafiə edənlər bilsinlər ki, onlar minanın üzərində əyləşiblər. Ölkə istər dinc, istərsə də inqilabi dəyişiklik üçün yetişib».

Müsavat başqanı İsa Qəmbər də İsmayıllıda baş verən hadisələri diqqət çəkib. O, bu hadisələrin hansısa siyasi partiyaya bağlanmasının səhv olduğunu deyib:

«İsmayıllıda ayağa qalxan xalq baxmırdı ki, onun yanındakı şəxs hansı partiyanın üzvüdür. Cəmiyyət vəziyyətdən narazıdır. Bu səbəbdən sosial partlayışlar baş verir».
XS
SM
MD
LG