Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:27

«Ölkədəki ədalətsizliyə İranın nə adiyyatı?»


Aprelin 5-də dərc olunan qəzetlər

Aprelin 5-də dərc olunan qəzetlər

-
Aprelin 5-də dərc olunan qəzetlərin icmalı:

«Azadlıq» qəzeti «Nardaran ağsaqqalından deputatlara sərt cavab» başlığı altında yazı dərc edib.
Yazıda aprelin 1-də Nardaranda, İmam Hüseyn meydanında etiraz aksiyası barədə məlumat verilib:

«Mitinq bir gün əvvəl həbs olunan ruhani alim Tale Bağırzadənin müdafiəsi üçün elan olunmuşdu. Bundan başqa hakimiyyətin repressiya siyasətinə kəskin etirazımızı bildirdik. Aksiya ilə bağlı müxtəlif münasibətlər oldu. Məsələn, Siyavuş Novruzov deyib ki, guya bu aksiyanı İran təşkil edib. Səslənən fikirlərə cavab olaraq deyim ki, heç bir məmur kəndlərdəki problemləri anlaya bilməz. İllərdir ağır problemlərin məngənəsində sıxılan bizik. Ölkədə ədalətsizlik hökm sürürsə, kəndlərdə problem başdan aşırsa, buna İranın nə aidiyyatı var?».
ƏLİ ƏHMƏDOV ŞAMAXIDA GÖRÜŞLƏR KEÇİRİB
«Yeni Azərbaycan» qəzeti aprelin 4-də Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədovun Şamaxıda partiya fəalları ilə görüşdüyünü yazıb:

«Görüş iştirakçıları ilk öncə Heydər Əliyevin abidəsi önünə gül qoyublar. Sonra isə tədbiri giriş sözü ilə YAP-ın Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov açaraq görülmüş işlər barəsində məlumat verib. Əli Əhmədov çıxış edərək ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrdən, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin həyata keçirdiyi işlərdən danışıb».
«DAVOS BAKIYA GƏLİR»
Bu başlığı «Azərbaycan» qəzeti yazıb:
«Hər ilin başlanğıcında beynəlxalq biznesin və dünya siyasi dairələrinin elitası İsveçrənin Davos şəhərinə toplaşır. Burada bəzi dövlətlərin başçılarının, aparıcı beynəlxalq şirkətlərin rəhbərləri və nümayəndələrinin iştirakı ilə dünya iqtisadiyyatında baş verən proseslər barədə söhbət açılır. Cari ilin yanvarında Azərbaycan Davos İqtisadi Forumunda iştirak etdi. 20 illik müstəqillik dövründə qazandığı uğurların təqdimatını keçirdi. Təqdimat o qədər uğurlu oldu ki, bu il aprelin 7-8-də «Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq» mövzusunda Dünya İqtisadi Forumunun Bakıda keçirilməsi ilə bağlı qərar qəbul edilib».
HAKİMİYYƏTİN SON HADİSƏLƏRƏ MÜNASİBƏTİ...
«Bizim Yol» qəzeti AXCP sədri Əli Kərimlinin jurnalistlərə açıqlamasını dərc edib. O, son zamanlar ölkədə baş verən hadisələrə münasibət bildirib:
«Hakimiyyət öz ətrafında baş verənlərə, etirazların artmasına isterik reaksiyalar verir. Bütün istiqamətlərə «xaotik» atəş açır. Dini etiqad azadlığı tələb edən dindarla da, demokratik dəyişiklik istəyən müxalifətlə də, «əsgər ölümlərinə son» tələb edən gənclərlə də, intihara, rüşvətə etiraz edən ticarətçi ilə də, məmur azadlığına, hüquqsuzluğa etiraz edən əyalət sakini ilə də, yüksək təhsil alıb, ölkəsində islahatlara yardım etmək istəyən intellektual gənclərlə də eyni qəddarlıqla davranır».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG