Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:22

Qəbələdəki etiraz aksiyasına qatılmış 3 nəfərə inzibati iş qaldırılıb


Qəbələdə etiraz aksiyası
Gözlə

No media source currently available

0:00 0:03:56 0:00

Qəbələdə etiraz aksiyasından reportaj

-
Aprelin 1-də saat 12 radələrində Qəbələ rayon sakinləri Tehran Musayev, Siyavuş YaralıyevAydın Əliverdiyev rayon polis şöbəsinə aparılıb. Saxlananlar AzadlıqRadiosuna bildiriblər ki, polis şöbəsində onlardan martın 25-də “Azər-trans”la bağlı keçirilən etiraz aksiyası barədə suallar verilib və yazılı izahat alınıb.
«POLİS BİZƏ İRAD TUTUR Kİ...»
Polis şöbəsinə aparılanlar arasında aksiyada iştirakına görə işindən olan Tehran Musayev də var:

“Hazırda polis şöbəsindəyəm. Bizdən martın 25-də nəyə görə aksiyaya çıxdığımızı soruşurlar. Biz də bildiririk ki, işçi hüquqlarımızı tələb etmişik. Polis işçiləri bizə iradlar tutur və deyirlər ki, haqqınız pozulursa, adamları başınıza yığmaqdansa, gəlib bizə şikayət edin”.
O, tikinti şirkətində briqadir çalışdığını və əmək müqaviləsi bağlanmasını tələb etdiyindən, aksiyadan sonra işdən uzaqlaşdırıldığını da söylədi:
“Dedilər əmək müqaviləsi istəyirsiniz, bizsə sizi əmək müqaviləsi ilə işə götürə bilmirik”.
“Azər-trans”da çalışmayan, ancaq etiraz aksiyasına qatılılan Aydın Əliverdiyev saxlanmağının səbəbini belə açıqlayır: “Mən o tikinti şirkətində işləməsəm də, həmin aksiyada fəal idim, fəhlələrə qarşı haqsızlığa son qoyulmasını tələb edirdim. Ola bilər ki, aksiyadakı videoçəkilişlərdə fəallığımı görüblər, ona görə də bu gün tutub polisə gətiriblər”.
İNTİHARA CƏHD...
Saxlanılanlardan biri də “Azəri-trans”ın fəhləsi olmuş Siyavuş Yaralıyevdir.
Tehran Musayev bildirib ki, Siyavuş Yaralıyev rayon icra hakimiyyətinin qarşısında üzərinə benzin tökərək özünü yandırmaq istəsə də, hadisə yerində olanlar buna imkan verməyiblər. O da dərdini demək üçün Qəbələ rayon Polis Şöbəsinə gəlib. Ancaq izahatı alınandan sonra özünə qarşı inzibati iş qaldırılıb.
“O da 4 aydır ki, maaşını ala bilmirdi. Evdə xəstəsi var, gənc qardaşı da bu yaxınlarda xəstəxanada vəfat edib. Bu gün rayon icra hakimiyyətinin qarşısına getmişdi ki, kimsə qəbul edib dərdini dinləsin. Ancaq mühafizəçilər binaya buraxmayıblar. O da özünü yandırmaq istəyib”.
Qəbələ rayon polis şöbəsindən AzadlıqRadiosuna hər üç şəxsin səhər saatlarında şöbəyə gətirildiyi təsdiqlənib və inzibati iş qaldırıldığı bildirilib.
Onlar 25 mart – fəhlələrin etiraz aksiyasında iştirak etdiklərinə görə İnzibati Xətalar Məcəlləsinin 298-ci maddəsi ilə (Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkili, və keçirilməsi qaydalasının pozulması) təqsirləndirilirlər.
Qəbələ rayon Məhkəməsinə gətirilən Tehran Musayev, Siyavuş Yaralıyev və Aydın Əliverdiyev 3 saata yaxın məhkəmə binasında saxlandıqdan sonra hakim işə hakim işə martın 2-də baxacağını bildirib. Saxlanılan şəxslər məhkəmə binasında azad ediliblər.
Təqsirləri sübuta yetirilsə Tehran Musayevi ya 15 sutka həbs, ya da 1500-3000 min manat arası cərimə, digər iki nəfəri isə 300-600 manat arası cərimə gözləyir.
Martın 25-də Qəbələdə fəaliyyət göstərən “Azəri-trans” tikinti şirkətinin fəhlələri 8 saatlıq iş rejimi və əmək müqaviləsinin bağlanması tələbi ilə etiraz aksiyası keçiriblər.
XS
SM
MD
LG