Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 23:11

Qəbələdəki etirazçı fəhlələr həbs edildi


-
Qəbələdəki “Azər-trans” tikinti şirkətindən haqlarını tələb edən etirazçı fəhlələrdən 3-ünə sutkalıq həbs verilib. Aprelin 2-də qapalı keçirilən prosesdə hakim Tehran Musayevlə Siyavuş Yaralıyev barəsində 6, Aydın Əliverdiyev barəsində isə 4 günlük inzibati həbs qərarı çıxarıb.
Qəbələdəki “Azər-trans” tikinti şirkətinin bir qrup işçisi martın 25-də aksiya keçirib, bir-neçə aydan qalan maaşlarının verilməsini və onlarla əmək müqaviləsinin uzadılmasını tələb etmişdilər.
Aprelin 1-də onlardan 3-ü rayon polisinə çağrılıb və barələrində inzibati iş qaldırılıb.
Həmin gün Qəbələ rayon Məhkəməsinə gətirilən hər 3 şəxs bir neçə saat məhkəmə binasında saxlandıqdan sonra hakim onlara işə aprelin 2-də baxılacağını bildirib və onlar sərbəst buraxılmışdılar.

Onlar İnzibati Xətalar Məcəlləsinin 298-ci maddəsi ilə (Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkili, və keçirilməsi qaydalasının pozulması) təqsirləndirilirlər.

Fəhlələr tələbləri yerinə yetirilməyəcəyi halda aprelin 5-də yenidən aksiya keçirəcəklərini bəyən etmişdilər.

Məhkəmədən hazırlanmış videonu az sonra saytda izləyə bilərsiz

XS
SM
MD
LG