Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:19
-
Venesuelanın prezidenti Hugo Chavez ölüb. Bu haqda rəsmi açıqlamanı vitse-prezident Nicolas Maduro Venesuela xalqına müraciətində verib.
58 yaşlı Chavez Venesuelanın 53-cü prezidenti idi.

1992-ci ildə uğursuz çevriliş cəhdindən sonra Chaves Respublikaçılar Hərəkatı Partiyasını təsis etmiş, 1998-ci ildə bu partiyadan prezident seçilmişdi.
2011-ci ildə Chavez-in xərçəng xəstəliyi haqda məlumatlar yayılmağa başlamışdı. O, Kubada əməliyyat və müalicə olunmuşdu. Lakin xəstəliyinin nə dərəcədə ciddi olması haqda məlumatlar gizli saxlanılırdı.
2012-ci ildə yenidən prezident seçilsə də, Chavez xəstəlik səbəbindən yeni dövr hakimiyyətinin icrasına başlaya bilmədi.
Chavez özünün varisi kimi vitse-prezident Nicolas Maduro-nu görürdü.

Martın 5-də Chavez-in vəziyyətinin ağırlaşdığı haqda xəbərlər yayılandan sonra Venesuelanın ali rəhbərliyi fövqəlada iclasa toplaşıb.
Prezidentin ölümündən sonra hakimiyyət yeni seçkilərə qədər Maduro-ya həvalə olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG