Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:06

Hugo Chavez dördüncü dəfə prezident olur


Hugo Chavez
Hugo Chavez
-

Venesuela lideri Hugo Chavez müxalifət lideri Henrique Capriles-ə qalib gələrək dördüncü dəfə prezident olub. O, səslərin 54 faizini qazanıb.

Nəticələr elan olunandan sonra paytaxt Karakasda Chavevez-in tərəfdarları küçələrə çıxıb.

Seçki Şurasının rəhbəri Tibisay Lucena səslərin 90 faizinin sayıldığını, Chavez-in səslərin 54,42%, Capriles-in isə 44,97%-ni qazandığını bildirib.

Keçən il xərçəng xəstəliyinə tutulan 58 yaşlı Chavez xəstəlikdən tamam sağaldığını bildirir.
Chavez 1998-ci ildən hakimiyyətdədir.

Seçkilərin nəticələri elan olunandan sonra onunla yaxın əlaqələri olan Argentina prezidenti Cristina Fernandez de Kirchner öz twitter-ində «Sizin qələbəniz bizim qələbəmizdir» yazıb.

Chavez-in 6 il davam edəcək yeni prezidentliyi yanvarın 10-dan başlayacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG