Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:40
Fevralın 22-də Bakının Xəzər və Pirallahı rayonları, eləcə də Tovuz rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq.

«Azəriqaz» İstehsalat Birliyinin məlumatına görə, təmir işləri ilə əlaqədar «Albalılıq» qazpaylayıcı stansiyasından Buzovna qəsəbəsinə gedən qaz kəmərində, «Pirallahı-Qala» qaz kəmərində və «Qovlar» avtomatik qazpaylayıcı stansiyasında təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Xəzər rayonunun Buzovna, Qala, Zuğulba qəsəbələrinə, Albalılıq, Xaşaxuna və Dübəndi yaşayış massivlərinə, Pirallahı rayonuna, eləcə də Tovuz rayonunun Qovlar qəsəbəsinə təbii qazın verilməsində fasilələr yaranacaq.

Mavi yanacağın axşam saat 17:00-dan sonra bərpa olunacağı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG