Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 12:13

Yeni həbs dalğası [Video]


Politoloq Ərəstun Oruclu və hüquq müdafiəçisi İlqar İbrahimoğlu ölkədəki həbslər haqda fikirlərini bildirirlər.

-


Ərəstun Oruclu:

«Bu, ölkədə başlanan siyasi fəallığa gecikmiş, qeyri-adekvat və qeyri-rasional reaksiyadır. Hakimiyyət gördü ki, yanvar ayında bir neçə ciddi aksiya oldu, hansı ki, hakimiyyətin böhranını bir qədər dərinləşdirir, cəmiyyəti fəallaşdırır. Hakimiyyət əlində olan imkanlardan, resurslardan, ənənələrdən, qaydalardan çıxış edərək bu həbsləri apardı. Hesab edir ki, bununla prosesin qarşısını ala biləcək. İlqar Məmmədovun həbsinin səbəbini başqa bir amildə görürəm. Hakimiyyət bir tərəfdən qruplara bölünərək iflasa uğrayır. Daha dəqiq desək, Azərbaycanda artıq hakimiyyət yoxdur. Maraq qrupları var ki, hakimiyyətin içində mövqelər uğrunda mübarizə aparırlar. Bu mübarizənin özü göstərir ki, ortada bölünməsi mümkün olmayan hansısa bir maraq var. Belə olan halda şərti hakimiyyət nəzərə alır ki, xalq üsyanları, ölkədə siyasi fəallığın artması fonunda narazılığın səviyyəsi idarəolunmaz həddə çatır. Bu halda istənilən opponent siyasi qüvvə bu nəzarəti ələ ala bilər. İlqar Məmmədovu bu vaxta kimi həbslərinə adət edilən AXCP-Müsavat fəallarının sırasına qatmaqla göstərdilər ki, bu gün Azərbaycanda siyasi arenaya çıxmaq istəyən, çıxan yeni qüvvələr ənənəvi müxalifətdən fərqlənmir. Bunlar özü də təhlükəlidir. Çünki Azərbaycanda böyük bir ictimai siyasi boşluq var və bu boşluğu istənilən bir mobil qüvvə doldura bilər. Çox qısa müddətdə lider bir siyasi qüvvəyə çevrilə bilər. Hakimiyyət İlqar Məmmədovu həbs etməklə yeni hərəkatların yaranması kimi özü üçün təhlükəli tendensiyaların qarşısını almaq məqsədini güdür. Bu, həmdə müxalifət və üsyana qalxan xalq arasında əlaqəni kəsmək cəhdidir. Bundan başqa, hakimiyyətin öz içinə də, o maraq qruplarına da mesajdır. Təsadüfi deyil ki, hakimiyyətə yaxın şəxslər tez-tez 2005-ci ili xatırladırlar. Həmin il Əli İnsanov və Fərhad Əliyev həbs olunub...».

İlqar İbrahimoğlu:

«Bu, son illərdə ölkədə baş verənlərin məntiqi davamıdır. Artıq neçə ildir ölkədə davamlı olaraq hüquq və azadlıqlarla bağlı vəziyyətin ən kritik həddə çatıb pisləşməsini görürük. Bütün sahələrdə - mediadan, siyasi azadlıqlardan, sərbəst toplaşma azadlığından tutmuş, etiqad və vicdan azadlığına qədər vəziyyətin pisləşdiyini görürük. Amma bu həbsin 2 özəlliyi var. Biri İlqar Məmmədovla, digəri Tofiq Yaqublu ilə bağlıdır. İlqar Məmmədovla bağlı özəllik budur ki, bu, bir növ həm ölkə daxilinə, həm xaricinə bir mesajdır ki, bizi çox Avropa ilə, beynəlxalq təşkilatlarla hədələməyin. Lazım olar, İlqar Məmmədovu da həbs edərik. İlqar Məmmədov dünya çaplı beynəlxalq konfranslara çıxışçı kimi qatılan və barmaqla sayılan insanlardan biridir. İlqar Məmmədov Avropa Şurasının nəzdində olan Siyasi Biliklər və Siyasi Bacarıqlar Məktəbinin Azərbaycan üzrə direktorudur. Bu da bir növ kifayət qədər ciddi status deməkdir. Yəni, bu statuslu adamı həbs etməm mahiyyətcə bir mesajdır ki, biz nə istəsək, edirik. İlqar Məmmədovun həbsi hamımızın həbsimizdir. Elə bir adam yoxdur desin ki, daha mənim toxunulmazlıq statusum var.

Tofiq Yaqublunun həbsi də ölkə içinə edilən bir mesajdır. Bu o deməkdir ki, biz hər hansı ürəyi yumşaqlıq etməyəcəyik. Qızı həbsdədir, atasına hələ dəyməyək kimi məsələ yoxdur. Biz ata və qız eyni vaxtda həbsdə olacaq qədər bir fenomeni də yaradacağıq. Bu da özünəməxsus bir mesajdır. Ona görə doğurdan da çox düşünməli bir situasiyadır...».
XS
SM
MD
LG