Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 16:07

Azad Qaradərəli: “Kitabımı müsabiqədən geri alıram”


Azad Qaradərəli
Azad Qaradərəli
-

Yazıçı Azad Qaradərəli də Azərbaycan Yazıçılar Birliyinin (AYB) keçirdiyi ədəbiyyat müsabiqəsindən imtina etdi. O, “Nəsr” nominasiyasında qısa siyahıya keçmişdi.

“Oxu zalı”na yolladığı məktubu olduğu kimi yayımlamağı xahiş edən yazar bunu seçimin ədalətli olmasına inanmaması ilə əlaqələndirir:

“Dekabrin sonlarında dostların təhriki və Slavyan Universitetinin müsabiqədə iştirakı (hətta deyilənə görə əsas söz sahibi olması) məni də yoldan çıxardı. Əsər qəbuluna iki gün qalmış – gərək ki, dekabrın 29-da kitabımı Slavyan Universitetindəki komissiyaya təhvil verdim. Nədənsə oranı tərk edəndə sümüyüm sızıldadı. Axı mən bir dəfə bu tələyə düşmüşdüm. Polşa haqqında əsərlər müsabiqəsində hekayəmlə iştirak edib bir vərəq diplom almışdım! Onda da Polşa səfirliyinin müsabiqədə iştirakı məni aldatmışdı. Heç vaxt üzvü olmadığım və olmaq fikrinə düşməyəcəyim bu təşkilatın – AYB-nin oyuncaq müsabiqəsində nə işim var axı? Nə isə! Lənət şeytana. Mən, Azad Qaradərəli, bildirirəm ki, AYB-ın Ədəbiyyat müsabiqəsində mərhələ adlamış “Burda yer fırlanmırdı” kitabımın (hekayələr və roman) müsabiqədə iştirakından imtina edirəm”.

Xatırladaq ki, bundan qabaq Poeziya nominasiyasında qısa siyahıya keçmiş şairlər Aqşin Yenisey, Şəhriyar del Gerani və nəsr nominasiyasında qısa siyahıya keçmiş yazıçı Zakir Sadatlı da müsabiqədən imtina etmişdilər.

Onlar müsabiqənin ədalətsiz keçirildiyini, qaliblərin əvvəldən bəlli olduğunu iddia edirlər.

İlk olaraq isə Münsiflər Heyətinin sədri, yazıçı Kamal Abdulla müsabiqəni tərk etmişdi. Amma o, işinin çoxluğunu əsas gətirmişdi.

Müsabiqənin nəticələrinin yaxın vaxtlarda açıqlanması gözlənilir. Hər biri 2 min manat olmaqla 5 mükafat veriləcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG