Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:16

Şəhriyar del Gerani də müsabiqədən imtina etdi


Şəhriyar del Gerani
Şəhriyar del Gerani
-

Gənc yazar Şəhriyar del Gerani də Azərbaycan Yazıçılar Birliyinin (AYB) keçirdiyi ədəbiyyat müsabiqəsindən imtina etdi.

Poeziya nominasiyasında qısa siyahıya keçmiş Şəhriyar del Gerani "Oxu zalı"na göndərdiyi məktubda qısaca olaraq addımını belə izah edib:

"Dostumuz, böyük qardaşımız, mədəniyyət işçimiz Vaqif Bəhmənlini dünyadakı bütün səmimiyyətlərimlə təbrik edirəm. Və rica edirəm heç də publikanı çaşdırmayıb mükafatı ona versinlər.

Düşünürdüm şeirlər kitabım qalib olsa 2 min manatı atılmış uşaqlara xərcləyək. Görünür AYB və aybkimilər o yetimlərin də gözlərini bu tıxaclı yollarda qoyacaqlar. Ol səbəbdən imtina edib hərbiyə gedirəm, vətən sağ olsun...))"

Xatırladaq ki, bundan qabaq Poeziya nominasiyasında qısa siyahıya keçmiş şair Aqşin Yenisey və nəsr nominasiyasında qısa siyahıya keçmiş yazıçı Zakir Sadatlı da müsabiqədən imtina etmişdilər.

Onlar müsabiqənin ədalətsiz keçirildiyini, qaliblərin əvvəldən bəlli olduğunu iddia edirlər.

İlk olaraq isə Münsiflər Heyətinin sədri, yazıçı Kamal Abdulla müsabiqəni tərk etmişdi. Amma o, işinin çoxluğunu əsas gətirmişdi.

Müsabiqənin nəticələrinin yaxın vaxtlarda açıqlanması gözlənilir. Hər biri 2 min manat olmaqla 5 mükafat veriləcək.
XS
SM
MD
LG