Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 22:06

Prezident İTV-yə xarici filmləri subtitrlə də verməyə icazə verdi


Arxiv foto.
Arxiv foto.
-
İctimai Televiziya və Radio Yayımları Şirkəti 2014-cü ildən sonra da dövlət büdcəsindən maliyyələşə biləcək.

Bu, Prezident İlham Əliyevin «İctimai televiziya və radio yayımı haqqında» qanuna etdiyi dəyişiklikdən sonra mümkün olur. Prezident bu dəyişiklikləri bu il iyunun 29-da imzalayıb. Amma sənəd sentyabrın 7-də «AzərTAc» rəsmi informasiya agentliyindən elan edilib.

Buna qədər qüvvədə olan qanunda 2014-cü il yanvarın 1-dən bu şirkətin maliyyə mənbələri sırasında dövlət büdcəsindən ayırmalar nəzərdə tutulmurdu. Yeni dəyişiklikdə artıq şirkətin maliyyə mənbələri sırasında dövlət büdcəsindən ayırmalar da qeyd edilir.

Başqa bir dəyişikliyə görə, İTV xarici ölkələrin bədii, sənədli və cizgi filmlərini Azərbaycan dilində yazılmış subtitrlə də verə bilər. Amma belə subtitrlə yayılan verilişlərin həcminə məhdudiyyət qoyulur və həmin məhdudiyyəti müvafiq dövlət orqanı müəyyən edir.

Ölkədə fəaliyyət göstərən özəl telekanallara xarici filmləri subtitrlə yaymaq hüququ verilmir, onlar həmin filmləri yalnız dublyajla verə bilərlər.

Qanuna edilən başqa bir düzəlişə əsasən, İctimai Televiziyanın Yayım Şurasının səlahiyyətlərindən biri əlindən alınır. Bundan sonra həmin telekanalda baş redaktorları vəzifəyə Şura üzvləri təsdiq etməyəcəklər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG