Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:50

Rəssamlığın inkişafı üçün nə çatmır: Şərait, yoxsa gənclərin həvəsi?


Gündüz Ağayev

Gündüz Ağayev

-
«Yaradıcı mühit olmayan yerdə heç kim işləyə bilməz».

Rəssam-karikaturaçı Gündüz Ağayev Azərbaycanın təhsil müəssisələrində rəssamların inkişaf etdirilməsi ilə bağlı belə deyir.

«Flashmob»un qonaqları Rəssamlıq Akademiyasının tələbəsi Nərmin Xankişiyeva, Xanım Tağızadə və rəssam-karikaturaçı Gündüz Ağayev ölkədə rəssamlıq sənətinin inkişafı haqda danışırlar.

Nərmin Xankişiyeva hazırda Rəngkarlıq fakültəsində oxuyur, xanım Tağızadə isə akademiyanın builki məzunudur. O, dəzgah qrafikası ixtisasını bitirib.

Gündüz Ağayev isə Rəssamlıq Akademiyasının Rəngkarlıq fakültəsini 2002-ci ildə bitirib. O, daha çox sosial şəbəkələrdə çəkdiyi karikaturları ilə məşhurlaşıb:

««Facebook»da «Tüpürüm» adlı virtual sərgi etmişdim. Gördüm effekti var, sosial şəbəkədə yayımlananda çox tamaşaçısı olur».

Nərmin Xankişiyeva deyir ki, dərs sistemində canlı naturalarla işləyirlər:

«Sonra bizim kompozisiyalarımız var, o, artıq sərbəst mövzuda olur. Hərdən əməyə, idmana turizmə aid mövzular olur».

Xanım Tağızadə isə deyir ki, qrafikanın qolları çoxdur, o, hazırda daha çox sirk mövzularında işləyir.

Gənc rəssamlar deyir ki, hətta ixtisası başqa olanlar da rəssamlıqla maraqlanırlar:

«Çoxlu tanışlarım var, başqa peşə sahibi olsalar da, maraq göstərirlər. Sənəti seçəndə, fikirləşmək lazım deyil gəlir verəcək ya yox. İşin ucundan yaxşı yapışsan, Nərmin Xankişiyeva

Nərmin Xankişiyeva

iş də gəlir. İndi gənclərdə maraq çox yüksək dərəcədədir».

Gündüz Ağayev rəssamlıq sənətinin hazırkı durumunu belə təsvir edir:

«Rəssamlıq elə bir sənətdir ki, ona hamı həvəs göstərir. Həvəs çoxdur, amma deməzdim ki, yüksək gəliri var. Bu sənətdə qeyri-peşəkarın gəliri çox ola bilər, sifarişlər gəlsin işləsin. Peşəkar rəssamlar üçün isə çətin olur pul qazanmaq. Sovet dövründə olan rəssamlar kitablarda çap olunur, yazılır, indi götürsək, bizim cəmiyyət incəsənətdən uzaqdır. Xanım Tağızadə

Xanım Tağızadə

Adi bayağı bir mahnı oxuyan müğənnini uşaqlar tanıyar, amma rəssamları yox. Dərsliklərdə müasir rəssamlıqdan heç nə yoxdur. Televiziyalarda bu barədə heç nə deyilmir. Telekanallar çox şey verə bilər, amma bizimlə xalq arasında uçurum var»

Xanım Tağızadə isə deyir ki, sərgilər olanda, ora yalnız tanışlar, bu işin içində olanlar gəlir:

«Uşaqlarda maraq yaratmaq lazımdır rəssamlığa. Orta məktəbdən uşaqlar muzeylərə aparılmalıdır, uşaqları rəssamlarla tanış etmək lazımdır».


Verilişi tam olaraq burdan dinlə:



Şərhləri göstər

XS
SM
MD
LG