Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:14

Təyyarəyə nə geymək olmaz?


Foto: Arxiv
Foto: Arxiv
-
Aviaşirkət bir çox səbəblərdən sizi təyyarəyə buraxmaya bilər. Ancaq bunlar arasında ən çox müzakirəyə səbəb olan sizin necə geyinməyinizdir.

Bu yaz Las-Veqasda təyyarəyə minən bir qadın deyir ki, o, həddən artıq gözəçarpan dekolte geyindiyinə görə aviaşirkətin əməkdaşı ilə qarşı-qarşıya gəlib.

Başqa bir hadisə. «American Airlines» ilə uçan sərnişinin köynəyində ingilis dilində 4-hərfli söyüş yazıldığına görə pilot ona uçuş «dərsi verib». Sərnişindən xahiş edilib ki, «F...» sözünün üstünü örtsün. Sərnişinə köynəyi üstünə şal salmaq şərtilə uçmaq icazəsi verilib.

Hər iki qadın başlarına gələn bu əhvalatı bloqqerlərə danışıb. Bundan sonra «havada olarkən necə geyinməli» müzakirəsi açılıb.

Ümumiyyətlə, təyyarəyə minərkən nə geyinməklə bağlı heç də hər şey aydın deyil. Aviaşirkətlər geyim kodeksi çap etmirlər. Miniyubka və ya sinəsi açıq kofta ilə bağlı hər hansı qayda yoxdur. Bunlar olsa, sərnişin də işini əvvəlcədən bilər ki, dəblə bağlı sərhədlər harada bitir. Hər dəfə aviaşirkətlər bunu deyir: «Sərhədi bu qədər aşmaq olmaz».

«Burda da vəziyyət digər xidmət sahələrindəki kimidir. Məsələn, ailəvi restorandasansa və kimsə söyüş söyürsə, ondan nəzakətlə çıxması tələb edilir».

ABŞ Federal Aviasiya Administrasiyasının keçmiş baş məsləhətçisi, aviasiya üzrə hüquqşünas Kenneth Quinn belə deyir.

«TERRORÇULAR HAMIMIZI ÖLDÜRƏCƏKLƏR»

Ötən həftə Arizona Dövlət Universitetinin tələbəsi Arijit Guha'nı «Delta» aviaşirkəti təyyarədən uzaqlaşdırıb. Buna səbəb onun federal təhlükəsizlik orqanlarını ələ salan köynək geyinməsi idi. Köynəkdə yazılmışdı ki, «Terrorçular bizim hamımızı öldürəcəklər». Sərnişinin fikrincə, əynindəki köynəyin üstündəki yazı satirik məzmundadır və irqçiliyə qarşı etiraz ifadə edir.

«Düşünürdüm ki, insanların hüquqlarının pozulduğunu görüb, bununla razılaşmayıb danışırsansa, bu, əsl amerikansayağı addımdır», - Guha deyir.

Pilot isə hesab edir ki, bu şüar sərnişinləri qorxuya salıb.

««American Airlines» və «Delta» aviaşirkətləri hətta sərnişinləri siyasi mesaj verən köynəkləri dəyişməyə məcbur edərək öz hədlərini aşırlar», - deyə vəkil Joe Larsen bildirir.

Amerika qanunvericiliyində Birinci Düzəliş insanların fikrini azad şəkildə bildirmək hüququnu tanıyır. J.Larsen'in fikrincə, bu qanun özəl şirkətlərə şamil edilmir. O qeyd edir ki, «Delta» işçilərindən fərqli olaraq, hökumətin təhlükəsizlik nümayəndələri Guha'ya problem çıxartmayıblar.

Qısacası, nə qədər ki, aviaşirkətlər və onların təyyarələri şəxsi mülkiyyətdir, uçuş heyəti nə desə, onu da geyinməlisən.

ŞALVARINI ÇƏKMƏDİYİNƏ GÖRƏ TƏYYARƏDƏN QOVULDU

Tənqidçilər şikayət edirlər ki, uçuş həyata keçirən qurumların geyim standartları məntiqə uyğun deyil.
Foto: Arxiv
Foto: Arxiv
Aydın şəkildə qaydalar yoxdur deyə, son qərar təyyarə işçisinin şəxsi mühakiməsi əsasında çıxarılır.

Ötən il San-Fransisko Beynəlxalq Hava Limanında bir sərnişin təyyarədən çıxarılaraq həbs edilib. Buna səbəb sərnişinin şalvarını beldən aşağı geyməsi olub.

Yerli prokuror Nyu-Meksiko Universitetinin futbolçusu Deshon Marman'a qarşı ittihamı ləğv edib. Marman’ın vəkili eyni aviaşirkətin dəfələrlə qadın alt paltarı geyinmiş ortayaşlı kişiyə uçuşa icazə verdiyindən şikayət edib.

«Siz bir transvestitə təyyarədə qalmağa icazə verdiyiniz halda, başqa bir sərnişini qaradərili olduğuna, alt paltarının 2-3 sm-i göründüyünə görə qova bilməzsiz», - vəkil Joseph D. O'Sullivan deyir.

«American Airlines» şirkətinin sözçüsü John McDonald deyir ki, Marman'ın başına gələnlərdən sonra qadın alt paltarı geyinən transvestit barədə hər hansı sərnişin şikayət etməyib. Ta ki onun fotosu internetdə yayılana qədər:

«Aviaşirkətin Geyim Məcəlləsi yoxdur. Bununla belə, hansısa sərnişin digərinin geyimindən narahatdırsa, uçuş heyəti bu barədə onunla danışa bilər. Bu, geyim qaydası məsələsi deyil. Bu, başqa sərnişinlərin gözü ilə sanki pornoqrafiyaya baxırsanmış kimi narahatlıq yaradan amillərdəndir».

«İCTİMAİ YERƏ ÇIXANDA, ABIRLI GEYİNMƏLİSƏN»

Dallas-Fort Uert Beynəlxalq Hava Limanında sərnişinlər arasında keçirilən qeyri-rəsmi rəy sorğusu geyim məhdudiyyətinə xeyli dəstəyi üzə
Foto: Arxiv
Foto: Arxiv
çıxarıb:

«Söyüş yazılmış köynəklər məni həmişə narahat edir. Bu, yazılmamış qaydadır ki, ictimai yerə çıxanda, abırlı geyinməlisən», - Floridada film məktəbini bitirmiş John Gordon deyir.

Lakin hüquqşünas Leigh Ann Epperson deyir ki, söyüş yazılan hər hansı köynək onun rahatlığını poza bilməz:

«Sərnişin bilet almaq üçün pul ödəyirsə, onun istədiyi geyimdə uçmaq ixtiyarı da var».

Aviaşirkətlər deyir ki, qeyri-etik sayılan qiyafətə görə təyyarədən uzaqlaşdırılan sərnişinin pulunu qaytarırlar.

«Azərbaycan Hava Yolları»nda belə hallara hələ ki, rast gəlinməyib. Şirkətin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli AzadlıqRadiosuna bunları deyib:

«Azərbaycan xalqı mentalitetinə görə geyiminə həmişə diqqət yetirən xalqdır. O baxımdan, bizim o sahədə heç vaxt problemimiz olmur».

Səyahət hüququ üzrə ekspert Alexander Anolik deyir ki, təyyarə işçilərinin xahişlərinə sərnişinlər tabe olmalıdırlar. Onun fikrincə, şikayət etmək üçün sərnişin təyyarə enənə qədər gözləməlidir:

«Təyyarədə ikən heç bir halda mübahisəyə girməyin. Qələbə sizin tərəfinizdə olmayacaq, həbsə göndərilə bilərsiz».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG