Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:58

Lady Gaga islamçılardan qorxdu


İslamçılar Lady Gaganın stilini "vulqar" adlandırıblar
İslamçılar Lady Gaganın stilini "vulqar" adlandırıblar

İndoneziyanın islam təşkilatları “vulqar” adlandırdıqları müğənnini ölkəyə buraxmayacaqlarını dedilər, 40 min bileti satılan şou təxirə salındı

Qeyri-adi geyimləri və davranışı ilə seçilən müğənni Lady Gaganın İndoneziyadakı konserti təxirə salınıb. Buna ölkədəki konservativ islamçılar səbəb olub.

İndoneziyanın hüquq-mühafizə orqanları bəyan edib ki, iyunun 3-nə təyin edilən konsert yerli islam təşkilatlarının hədələrindən sonra təxirə salınıb.

Ölkənin bir sıra dini qurumlarının nümayəndələri bildirmişdilər ki, amerikalı müğənninin “təxribatçı” geyimləri və açıq-saçıq rəqs hərəkətləri indoneziyalı gəncləri yoldan çıxara bilər.

Hətta İslam Müdafiəçilərinin Cəbhəsi açıq şəkildə bəyan etmişdi ki, Lady Gaganın ayağının ölkəyə dəyməsinə icazə verməyəcəklər. Əgər müğənni cəsarət edib Jakartaya gəlsə, onun təyyarə trapından düşməsinə belə imkan verməyəcəklər.

Təşkilatın rəhbəri Salim Alatas AFP-yə açıqlamasında deyib ki, Lady Gaganın vulgar davranışı və seksual geyim tərzi gənclərin əxlaqını poza bilər. Odur ki, müğənni ölkəyə gəlsə, onu geri qaytarmağa 30 min könüllü cəlb ediləcək.

Lady Gaganın Jakartadakı konsertinin onun Asiya turunda ən böyük şou olacağı gözlənilirdi. Konsertə artıq 40 min bilet satılmışdı.

İndoneziya dünyanın ən böyük müsəlman ölkəsi sayılır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG