Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:45

ABŞ prezidenti Suriyaya hərbi müdaxilə ilə bağlı xəbərdarlıq etdi


Barack Obama
Barack Obama
Suriyanın Hələb şəhərində yaponiyalı qadın jurnalist öldürülüb. Yaponiyanın Xarici İşlər Nazirliyi bildirib ki, 45 yaşlı Mika Yamamoto Hələb şəhəri «od-alova bürünəndə» ordan xəbər verirdi.

Suriyada İnsan Hüquqları Müşahidəçiləri qurumundan bildiriblər ki, bu həftələrdə daha 3 xarici jurnalist itkin düşüb. Məlumata görə, onlardan ikisi ərəbdir, biri türk müxbirdir.

ABŞ prezidenti Barack Obama isə deyib ki, Suriya prezidenti Basher al-Assad rejiminin kimyəvi silahdan istifadə etməsi Birləşmiş Ştatların münaqişəyə təsir perspektivini dəyişə bilər.

ABŞ HAZIRKI MƏQAMDA SURİYAYA MÜDAXİLƏYƏ GÖSTƏRİŞ VERMƏYİB

Avqustun 20-də Ağ Evdə keçirdiyi mətbuat konfransında Barack Obama deyib ki, o, «hazırkı məqamda» Suriyaya hərbi müdaxiləyə göstəriş verməyib.

Amma o, Assad-ə xəbərdarlıq edib ki, kimyəvi silahdan istifadə ABŞ-ın bu münaqişəyə müdaxilə ilə bağlı fikirlərini dəyişə bilər.

«Kimyəvi vasitələrdən və silahdan istifadə edildiyini görsək, bunun böyük nəticəsi olacaq», - Barack Obama deyib.

Suriya ötən ay etiraf edib ki, onun kimyəvi və bioloji silahı var və rejim ondan «xarici təcavüz» zamanı istifadə edə bilər.

İNDİYƏ QƏDƏR 18 MİN ADAM ÖLDÜRÜLÜB

Qərbi ölkələr və İsrail qorxur ki, Suriyanın kimyəvi və bioloji vasitələri yaraqlıların əlinə düşə bilər.

Bu arada Suriyadan gələn xəbərlərə görə, avqustun 20-də ölkənin bir çox ərazisində, o cümlədən, Dəməşqə yaxın yerlərdə ölümcül döyüşlər davam edib.

BMT-nin qiymətləndirməsinə görə, Suriyada iğtişaşlar başlayandan bəri 18 min adam öldürülüb, 170 min adam ölkəni tərk edib. Suriyada qalan 2.5 milyon adamın isə yardıma ehtiyacı var.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG