Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:33

Masallıda yanacaqdoldurma məntəqəsində yanğın olub


-
Avqustun 14-də Masallı rayonunun Seybətin kəndində «Doğuş Petrol» MMC-yə məxsus yanacaqdoldurma stansiyasının ərazisində yanğın olub.

«KAMAZ» markalı yanacaq daşıyan maşın 32 ton benzini yeraltı çənə boşaldan zaman yanğın baş verib. Nəticədə 4 ton yanacaq yanıb. Xəsarət alan olmayıb.

Hadisə ilə bağlı təhqiqat aparılır.

Xəbəri Fövqəladə Hallar Nazirliyi yayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG