Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:00
-
Avqustun 2-də Bakı 1 saylı İnzibati İqtisad Məhkəməsinin qərarı ilə «RoyalBank» ASC müflis elan edilib. Bu barədə AzadlıqRadiosuna bankdan məlumat verilib. Kreditorların yazılı iddiaları məhkəmə qərarından 60 gün ərzində qəbul edilir.

Azərbaycan Mərkəzi Bankı iyulun 12-də «RoyalBank»ın lisenziyasını ləğv edib.

Mərkəzi Bank bunu «RoyalBank»ın öhdəlikləri və Mərkəzi Bankın verdiyi yazılı göstərişləri yerinə yetirməməsi ilə əsaslandırıb.

Artıq avqustun 1-dən Əmanətlərin Sığortalanması Fondunun seçdiyi 3 müvəkkil bank – «Muğanbank», «Bank Respublika» və «AGBank» vasitəsi ilə «RoyalBank» müştərilərinin əmanətlərinin verilməsi prosesinə başlayıb.

Bankın əmanətlər üzrə məcmu öhdəlikləri isə 58 milyon manata yaxın olsa da bu məbləğin ümumilikdə 17 milyon 300 min manatının ödəniləcəyi bildirilir.

Əmanətlərin ödənilməsi qaydalarına gəlincə, müvəkkil banklar 30 min manatdan çox olmayan əmanətləri ödəyəcəklər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG