Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:45

Tacikistan prezidenti silahlılara ultimatum verdi


Təhlükəsizlik qüvvələri ölkənin şərqində əməliyyat keçirir
Təhlükəsizlik qüvvələri ölkənin şərqində əməliyyat keçirir
-
Tacikistan prezidenti Emomali Rahmon bu həftə hüquq-mühafizə orqanları ilə atışmaya girən silahlı qrupun üzvlərindən təcili silahı yerə qoyub təslim olmağı tələb edir.

Prezident deyib ki, bütün kriminal qruplar qanun qarşısında cavab verəcəklər.

İyulun 25-i hökumətin təcili iclasında prezident Rahmon silahı yerə qoyanlara amnistiya vəd etmişdi.

İyulun 21-də təhlükəsizlik qüvvələrinin yüksəkvəzifəli zabitinin öldürülməsindən sonra hökumət ölkənin şərqində «yaraqlılar» adlandırdığı qrupa qarşı hərbi əməliyyatlara başlayıb. İndiyə qədər həmin yaraqlıların kimlər olduğu barədə rəsmi məlumat verilmir.

Rəsmilər hər iki tərəfdən 60-a yaxın adamın həlak olduğunu bildirirlər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG